{category-title}

Həmsədrlərin statusu, keçmiş günlərin xiffəti – TƏHLİL

 

“ATƏT-in Minsk Qrupu hələ də rol oynayırmı?” – ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland bu başlıqla məqalə yazıb.

Başlıqdakı sual işarəsi elə cavabdır, ritorik ahəngdədir.

Qarabağ münaqişəsi davam etdiyi 30 il müddətində Minsk Qrupunun həmsədrlərinin faydalı iş əmsalı sıfıra bərabər idi. Azərbaycan İkinci Qarabağ Müharibəsində qələbə qazandıqdan sonra isə həmsədrlər havayıdan qazanc yerini əldən verməmək üçün dəridən-qabıqdan çıxırlar.

Cənab Hoqland yazır ki, Minsk Qrupunun gələcək taleyi ona hansı baxış bucağından baxmaqdan asılıdır. Yenə də arxaizmə söykənərək Ermənistanın Dağlıq Qarabağın statusun müəyyənləşdirilməsinin vacib saydığını xatırladır.

Münaqişə isə bitib, artıq statusdan danışmağın yeri və zamanı deyil. Ermənistan da daxil olmaqla digər bölgə dövlətləri regionda yaranan yeni mənzərəyə açılan pəncərə qurmağı hədəfləyiblər.

Düzü, Minsk Qrupunun münaqişə bitdikdən sonra fəaliyyət istiqamətlərinə dair aydın rəsmi mövqe və sənəd də yoxdur.

Vətən müharibəsi həmsədrlərin statusunu da tarixə qovuşdurub, buna görə də həmsədrlər öz statuslarının konturlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Minsk Qrupuna 11 dövlət daxildir – Azərbaycan, Türkiyə, Ermənistan, Belarus, Almaniya, Finlandiya, İtaliya, İsveç, eləcə də həmsədrlər olan Rusiya, ABŞ və Fransa.

Azərbaycan üçün bundan sonra ATƏT-in Minsk Qrupunun, xüsusilə həmsədr institutunun bir önəmi yoxdur, Ermənistan üçün isə kəmiyyətcə dəyərə sahibdir.  

Riçard Hoqland isə poetik ifadələrlə Minsk Qrupunun statusunu təsvir edir. Münaqişə dövründə tez-tez eşitdiyimiz status-kvo ifadəsini bu dəfə Minsk Qrupunun sual altında olan perspektiv fəaliyyətinə proyeksiya edir. O yazır: “Minsk Qrupu ətrafında yaranan status-kvo nisbi qaranlıqlar içərisində sarsıntılarla davam edəcək. Yalnız bəzi yaradıcı yanaşmalarla ATƏT və Minsk Qrupu öz rolunu yenidən təyin edə bilər”.

Həmsədrlərin Azərbaycanın ləziz mətbəxinin təamlarını tez-tez dadmaq şansları da məhdudlaşır. Axı münaqişə bitdiyinə görə, artıq regiona tez-tez səfərlər etmirlər. Hoqland isə keçmiş günlərin xiffətini çəkir, yəqin ki, hazırki həmsədrlərin də nostalji hisslərə qapıldığını dilə gətirir.

Hoqlanq məqaləsində diplomatik turizm proqramından bəhs edir:

“Xüsusi yemək otağına və bara əlavə xərclər tələb etməyən beşulduzlu otellərdə qaldıq. Hər zaman olduğumuz şəhərlərdə ən yaxşı restoranları axtardıq. ATƏT bayrağını göstərərkən Bakı və İrəvanda olduğumuz müddətlərdə yaxşı yaşadıq. Amma münaqişənin həllində çox az nəticə əldə edildi”.

Bəli, cənab keçmiş səfir. Siz necə nəticə əldə edə bilərdiniz axı? Turist səfərləri iləmi? Nəticəni Azərbaycan yaratdı. Sizin xələflər isə bu nəticəni qəbul etməli və yeni reallıqla barışmalıdırlar.

Son xəbərlər

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Bütün xəbərlər