{category-title}

 

Ermənistandakı hərbi hissədə qiyam: Əsgərlər qorxudan fərarilik edir

 

Ermənistandakı hərbi hissələrdən birində çağırışçı əsgərlərin məzuniyyətdən hərbi hissənin daimi dislokasiya bölgəsinə qayıtmaq istəməməsi ilə əlaqədar insident yaşanıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 23-də hərbi qulluqçular və onların yaxınlarından ibarət bir qrup əsgərlərin daimi dislokasiya bölgəsinə qayıtmasına mane olmağa cəhd göstərib. Nəticədə hərbi hissənin ərazisində iğtişaş yaşanıb, bəzi əsgərlər isə hadisədən istifadə edərək hərbi hissənin ərazini özbaşına tərk ediblər.

Hərbi hissənin komandanlığı xidməti araşdırma başladıb, polis fərarilik etmiş əsgərlərin axtarışına başlayıb. Onların barəsində cinayət işi qaldırılıb.

Ermənistanda baş vermiş hadisənin kökündə bir neçə səbəb dayana bilər. İlk növbədə görünən odur ki, ermənilər hələ də “Dəmir yumruğun” onlarda yaratdığı sarsıntını unuda bilməyiblər. Çünki fərarilik üçün səbəblərdən elə birincisi qorxu - Azərbaycanın 44 gün ərzində hərb meydanında əbədi olaraq erməni hərbçilərin yaddaşlarına həkk etdiyi, kabuslarına çevrilmiş dərsdir. Erməni əsgəri hətta bu gün Dağlıq Qarabağda xidmət etməyəcəyini bilsə də, öz vətənində belə xidmətdən qorxur. Müzəffər Azərbaycan ordusunun şanlı əsgərinin silueti bəlkə də rüsvayçı şəkildə məğlub olmuş Ermənistan ordusunun hər bir əsgərini qarabaqara izləyir, onların şüurlarında vahimə yaradır. Ona görə də hətta kilometrlərlə uzaqda belə erməni əsgərləri fərarilik etmək üçün çalışır.

Digər bir səbəb isə Ermənistanın özündə və müvafiq olaraq ordu sıralarında hökm sürən acınacaqlı vəziyyətdir. Rüşvət, özbaşınalıq kimi amillərin at oynatdığı Ermənistan ordusunda hər bir imkandan məhrum, təchizatı və təminatı aşağı şəkildə xidmət aparmaqdan əsgərlər də cana gəlib. Ona görə də əllərinə düşən ilk fürsətdə hərbi hissəyə qayıtmamaq üçün qaçmaq qərarına gəliblər.

Ermənistandakı hərbi hissədə baş vermiş hadisə dünyanın, o cümlədən də bizim cəmiyyətimizdə rüsvayçılıq kimi qəbul edilə bilər. Amma kim bilir, bəlkə humanizm yerinə terroru, insanlıq yerinə vandallığı sevənlər fərarilikləri ilə də öyünür, bunu adi qəbul edir...

Hər halda bizim üçün üstəlik də hərbi əməliyyatların dayandığı dinc dövrdə hərbi hissədən fərarilik etmək Ermənistan tarixi üçün növbəti qara ləkədən başqa bir şey deyil.

Son xəbərlər

Elşad Abdullayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Bütün xəbərlər