{category-title}
Gündəm / Siyasət
17.02.2021, 16:41
Baş nazirdən unun qiymətinin artırılmasının qarşısının alınması ilə bağlı QƏRAR
Baş nazir Əli Əsədov ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya veriləcək.