{category-title}

Xırdalanda dəhşətli partlayışda gəlinini və nəvəsini itirən qadın: “Oğlumun əməliyyatına imkanımız yoxdur”

 

Ötən ay yanvarın 25-də Xırdalanda baş verən dəhşətli partlayış bir ailənin faciəsiylə nəticələnmişdi. İkimərtəbəli yaşayış evində hələ də rəsmi səbəbi bəlli olmayan partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayeva və onun 9 yaşlı övladı Fatimə Musayeva dağıntılar altında qalaraq həlak olmuşdu. Fatimənin cansız bədəni hadisənin səhəri günü dağıntılar altından çıxarılmışdı. 

Ailənin digər üzvü, Fatimənin atası Vüsal Musayev və 12 yaşlı qardaşı Firudin isə sağ çıxarılaraq xəstəxanaya yerləşdirilmişdi.

Partlayış baş verən fərdi yaşayış evinin sahibi, faciədə yaxınlarını itirən Ziyafət Musayeva oğlu Vüsal Musayevin təkrar əməliyyat olunması üçün kömək istəyir.

“Qafqazinfo”ya müraciət edən Z. Musayeva partlayışın bir anın içində baş verdiyini, necə və nədən qaynaqlandığını hələ də aydınlaşdıra bilmədiyini deyir:

“Bizə bu günə kimi dəqiq araşdırıb, məlumat verən yoxdur. Partlayışda gəlinimi, nəvəmi itirdim. Oğlum təkrar əməliyyat olunmalıdır. Mən özüm hadisə olan günü Gəncədə idim. Evdəkilərə zəng vurdum, telefonları açan olmadı. Qonşulara zəng etdim dedilər ki, eviniz uçub. Tez Gəncədən qayıtdım. Mənim evimlə bərabər dörd ev dağılıb. Həmçinin beş mərtəbəli binanın pəncərələri, qapıları zərər görüb.

Oğlumun salamat olduğunu, xəstəxanaya çatdırıldığını dedilər. Bir nəvəm və qonşunun bizdə olan uşağı xilas edilmişdi. Bildirim ki, partlayış onlayn dərs zamanı baş verib. Gəlinimin və azyaşlı nəvəmin cəsədi isə saatlar sonra dağıntıların altından çıxarıldı. Oğlumu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıblar. Həkimlər dedi ki, bağırsağından əməliyyat lazımdır və əməliyyat edildi. Birinci əməliyyatına qohum-qonşu pul topladı. 8000 manata yaxın xərcimiz çıxdı. İndi yenidən bağırsaqlarından əməliyyat olmalıdır. Ancaq buna maddi imkanımız yoxdur, bizə köməklik edilməsini istəyirik. Hazırda evimizdən əsər-əlamət yoxdur. Bir əşyamızı belə çıxara bilməmişik. İcra Hakimiyyəti bizi kirayəyə çıxarıb. Evimiz iki mərtəbəli idi və altında zirzəmi var idi. Ancaq ondan heç vaxt istifadə etməmişik. Biz istəyirik ki, baş verən bu böyük partlayışın səbəbini bizə də desinlər”. 

Hazırda sözügedən hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Araşdırmanın nəticəsi məlum olmadığından ailəyə dəyən zərərin və ya müalicə xərclərinin hansı qurum tərəfindən ödəniləcəyi sual altındadır. 

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov bildirib ki, əgər hadisədə təqsirkar şəxs müəyyən edilməyibsə, heç kəsdən kompensiyaya tələb oluna bilməz:

“Fərdi yaşayış evinin sığortası varsa, sığorta şirkəti həm partlayış zamanı, həm də sağlamlığa dəymiş zərəri üzrə sığortanı qarşılaya bilər. Ancaq mənzilin sığortası yoxdursa, hələ də istintaq gedirsə, heç kim ailəyə kompensasiya ödəməyəcək. Ümumi qaydaya əsasən, 1 ay ərzində ekspertiza təyin edilir. Xüsusi araşdırma tələb olunan hallar üzrə ekspertiza 2 ay da çəkə bilər”.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər