{category-title}

 

Jurnalistlərə də vaksin VURULSUN?..

 


Yanvarın 18-dən Azərbaycanda koronavirus (COVİD-19) pandemiyasına qarşı peyvəndləmə aksiyasına başlandı. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinə vaksin vurulur. Fevralın 1-dən isə 65 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start veriləcək.
 
Daha sonra hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb olunan heyəti peyvənd olunacaq. Həmçinin, tibbi cəhətdən yüksək risk qrupuna daxil olanlar, tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər vaksinasiyaya cəlb olunacaq.
 
50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar peyvənd olunacaqlar.
 
Maraqlıdır, jurnalistlər üçün də ayrıca vaksinasiya prosesi həyata keçirilə bilərmi?
 
Məsələ burasındadır ki, sosial şəbəkələrdə bunu istəyən media nümayəndələrinin qeydləri gözə dəyir.
 
Məsələn, yazırlar ki, hər gün onlarla insanla ünsüyyətdə olan, fövqəladə və digər hadisələrdə peşə fəaliyyətlərini yerinə yetirən jurnalsitlər niyə peyvənd olunmasın...
 
Bəziləri jurnalistləri də risk qrupu kimi ilk peyvənd vurulanlar siyahıya daxil etməyin tərəfdarıdır.
 
Modern.az saytının əməkdaşı bu məsələ ilə bağlı həkim və jurnalistlərə müraciət edib.
 
Tanınmış jurnalist, Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyevin sözlərinə görə, jurnalistlər arasında risk o qədər də qorxulu deyil:
 
“Həkimlərin bilavasitə peşə borcu risk kateqoriyası ilə işləməkdir. Ona görə də, ayrıca bir qrup kimi fərqləndirilir. Mən qəbul edirəm ki, jurnalistlər çox fəal ictimai qrupdur. Amma, düşünmürəm ki, jurnalistlər arasındakı risk, həkimlər arasındakı risk qədər böyük olar.
 
İndiki mərhələdə çox təəssüf ki, jurnalistkamız 70-80% ünsiyyətsiz keçir. Yəni peşəmiz kabinet jurnalistkasına dönüb. Buna baxmayaraq, jurnalistlər təhlükəsizlik tədbirləri ilə təmin olunmalıdırlar”.
 
Tibb elmlər doktoru, professor Adil Qeybulla isə qeyd etdi ki, jurnalistlərə də vaksin vurulması vacibdir:
 
“İlkin kateqoriyalara aid olmasalar da, jurnalistlər də risk qrupuna daxildir. Çünki onlar da insanlarla sıx ünsiyyətdə olurlar. Düşünürəm ki, asayiş keşikləri kimi jurnalistlərin də bu qruplara aid edilməsi məqsədəuyğun olardı”.
 
“Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev bildirib ki, jurnalistlər də peşə fəaliyyəti zamanı virusa yoluxa bilərlər:
 
“Əlbəttə, jurnalistlər də risk qrupuna daxildir. Onlar hər gün insanlarla çox ünsiyyətdə olurlar. Müsahibələr alır, reportajlar hazırlayırlar, daim müxtəlif insanlarla təmasdadırlar. Jurnalistlərə də mütləq vaksin vurulmalıdır”.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər