{category-title}

“Transneft” və SOCAR razılaşma imzalayıb

 

“Transneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1 milyon tondan çox neftin nəqlinə dair razılaşma imzalayıblar.

Bunu Rusiya şirkəti prezidentinin müşaviri, mətbuat katibi İqor Demin “İnterfaks”-a bildirib.

Onun sözlərinə görə, fevral ayında 85 min ton həcmində Azərbaycan neftinin bu marşrutla nəqli planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 1997-ci ildən etibarən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir. 2020-ci ildə SOCAR bu istiqamətdə ixracatı 30% azaldaraq 613 min tona endirib.

2021-ci ilin birinci rübündə adıçəkilən boru kəmərilə 340 min ton Azərbaycan neftinin ixracı planlaşdırılır. Lakin yanvar ayında bu istiqamətdə xammal nəqli hələ ki, həyata keçirilməyib.

"Bakı-Novorossiysk SOCAR tərəfindən neft ixracı üçün köməkçi bir istiqamət kimi istifadə edilir. 2021-ci ilin yanvarında bu kəmərdən istifadə edilməməsi qərarı, bazar konyunkturası da daxil olmaqla, bir sıra səbəblərə görə verilib. Lakin bu yenilik deyil. Biz əvvəllər də bir müddət sözügedən istiqamətdə xammal nəqlini dayandırıb, sonradan ixracı bərpa etmişik”, -deyə SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Son xəbərlər

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Bütün xəbərlər