{category-title}
Gündəm / Cəmiyyət
16.01.2021, 10:09
“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA
“8 Noyabr” stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür”
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, stansiyasının açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:
“Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.