{category-title}

SOCAR maaşların gecikməsinin səbəbini açıqladı

 

 

“Bahar Enerji” Əməliyyat Şirkətinin işçiləri aylardır yığılıb qalan əmək haqlarını ala bilmədiklərindən şikayətçidirlər. Oktyabr ayında maaşlarının bir hissəsinin ödəndiyini deyən əməkdaşlar noyabr və dekabr aylarının məvaciblərinin hələ də gecikdiyini deyirlər. Neftçilər əməkhaqqı tələbi ilə şirkətin binası qarşısına toplaşaraq etiraz ediblər. 

“Qafqazinfo” məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovla əlaqə saxlayıb. O, “Bahar Enerji” Əməliyyat Şirkətində işçilərin maaşlarının gecikməsi faktını təsdiqləyib. Bildirib ki, ötən ilə qədər Dövlət Neft Şirkəti qaz hasilatçılarından qazı alıb qaz paylayıcılara ötürüb. Həmin hasilatçı şirkətlərdən biri də “Bahar Enerji” Əməliyyat Şirkətidir:

“Abonentlərdən SOCAR-a kommunal ödəniş gəlirdi və hökumətin nəzarəti altında olan bu hesabdan biz “Bahar Enerji” Əməliyyat Şirkətinə pul ödəyirdik. Burada söhbət əsasən "Azərenerji"nin ödənişlərindən gedir. Çünki "Azəriqaz"ın ödənişləri birbaşa gəlirdi, amma "Azərenerji"nin ödənişləri həmin hesab vasitəsilə gəlirdi. Burada ləngimə yaranmışdı. Kommunal hesabdan bizə köçürmə məsələsində bu ləngiməyə görə SOCAR da pulu “Bahar Enerji” Əməliyyat Şirkətinə köçürə bilmirdi və buna görə işçilərin pulunu ödəyə bilmirdilər. Bununla bağlı müzakirələrimiz, müraciətlərimiz olub və ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq və komunal hesaba pul köçürüləcək. Ola bilər ki, bu günlərdə, bu saatlarda köçürülsün”. 

Fotoda: İbrahim Əhmədov

İ. Əhmədov həmçinin bildirib ki, bu ildən etibarən əvvəlki qayda dəyişib və “Azərkontrakt” ASC yeni bir subyekt kimi meydana daxil olub. Artıq bütün ödənişlər bu şirkət vasitəsilə gerçəkləşdiriləcək:

“Daha əvvəl qaz hasilatçılarından qazı alıb qaz paylayıcılara qazı ötürən qurum SOCAR idi. SOCAR əvvəl həm özü qaz çıxarırdı, həm də qazı özündən və başqalarından alıb qazpaylayıcı şəbəkələrə, topdan satan istehlakçılara ötürürdü. Nazirlər Kabinetinin qərarı ilə bundan sonra bu öhdəlik “Azərkontrakt” ASC-nin üzərinə qoyulur. Ümid edirik ki, bu cür ləngimələr bundan sonra olmayacaq”.

Xatırladaq ki, “Bahar Enerji” Əməliyyat Şirkətinin bir qrup işçisi “Anews”a əmək haqlarının gecikməsiylə bağlı şikayət etmişdilər. Şirkət əməkdaşlarının sözlərinə görə ötən ilin iyun ayından bəri maaşlarında gecikmələr var. 

Şikayətçi Sərdar Quliyev bildirmişdi ki, iki aydan çoxdur maaş görmürlər: “Bilmirik niyə belə edirlər, qaz çıxarılır, iş gedir, amma iki aydan çoxdur maaş ala bilmirik. Oktyabrda əmək haqqımızın 50 faizini ödəyiblər, noyabr, dekabr aylarında isə maaş ala bilməmişik. Qoy çıxıb bizə səbəbi desinlər ki, niyə belə olub”.

Digər şikayətçi Cəmşid Tağıyev isə kirayə və bank borclarının yığıldığını, çətinlik içərisində yaşadıqlarını deyib: “6-7 aydır ki, krediti ödəyə bilmirəm. Bəlkə də faizi 1500-2000 manata çıxıb. Bir maaşı 3-5 dəfəyə verirlər. Artıq işdən də əlimiz soyuyub…”  

Gülnar Əliyeva

 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər