{category-title}

Daşınmaz əmlak bazarında paradoks - GƏLİŞMƏ

COVID-19 pandemiyası səbəbindən daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Mənzillərin qiyməti isə təxminən 10% artıb. Alıcılığın aşağı düşməsi nəticəsində mənzillərin qiymətinin ucuzlaşması gözlənilsə də, əksinə olub.

Bazarda təklif tələbi üstələdiyi halda, mənzillərin qiyməti niyə ucuzlaşmır?

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, ümumiyyətlə, mart ayının ortalarından başlayaraq mənzil bazarında durğunluq müşahidə olunur:

“Sentyabr ayında karantin rejimində olan yumşalmalar zamanı bir qədər canlanma baş verdi. Tikinti sektorunda evlərin qiymətləri demək olar ki, dəyişmədi. İkinci əl bazarında alıcılıq qabiliyyəti daha zəif olduğuna görə mənzilərini təcili satan şəxslər qiymətlərdə endirim etdilər. Lakin bunun da bazara ciddi təsiri olmadı”.

Azadovun sözlərinə görə, pandemiya kirayə bazarına da təsir edib: “Mənzil bazarının mühüm hissəsini təşkil edən tələbələr Bakı və böyük şəhərlərə gəlmədikləri üçün boş qalan evlərin sayı çox oldu”.

Mütəxəssis qeyd etdi ki, pandemiya dönəmi kirayə verilən ticarət obyektlərinə də təsirsiz ötüşmür və onların da qiymətləri 20-25% aşağı düşüb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da deyilənlərlə razıdır:

“Mənzillərin qiymətində kəskin qiymət azalmaları müşahidə olunmur. Yalnız bahalı mənzillərdə təxminən 1-2 faiz qiymət endirimləri var. Torpaq qiymətlərində isə ümumiyyətlə, qiymət enmələri yoxdur”.

Ekspertin sözlərinə görə, bazarda qiymətin dəyişməsi tələb və təklifə adekvat deyil. O xatırlatdı ki, daşınmaz əmlak sahəsi hər zaman ən etibarlı yatırım sahələrindən biri sayılır:

“Daşınmaz əmlaka pul yatıran vətəndaş ev alıb, istənilən vaxt sataraq o pulu geri qaytara bilirdi. Lakin baş verən proseslər vətəndaşları vadar edir ki, pulu nəğd şəkildə özlərində saxlasınlar”.

Daşınmaz əmlak bazarında qiymət azalmasının baş verməməsini mütəxəssis belə izah edir:

“İlkin mənzil bazarında qiymətlərin sabit qalmasının səbəbi bu prosesə investorların, tikinti şirkətləri rəhbərlərinin nəzarət etməsidir. İlkin mənzil bazarında qiymətlər düşmədikcə, təbii ki, təkrar mənzil bazarında da qiymət azalmalarını müşahidə etməyəcəyik. Təkrar bazarın mülkiyyətçisi ilkin bazarın potensial alıcısıdır. Yəni köhnə evi satan adam yeni ev almağa çalışır. Qiymətlərin ucuzlaşmamasının bir səbəbi də tikinti materiallarının qiymətidir. Hazırda tikinti xərcləri baha olduğundan təklif edilən mənzillərin qiyməti də baha olur. Bu gün Bakının hər hansı yerində yeni bina tikilib, təhvil verilsə, onun qiyməti hazır binalardan baha başa gələcək. Buna səbəb şəhərdə tikinti üçün yararlı torpaqların olmaması, tikinti materiallarının bahalığı və sərhədlərin bağlı olmasıdır. Bu baxımdan qiymətlərin düşməsini gözləməyə dəyməz”.
 //pressklub/az//

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər