{category-title}

Səttar Mehbalıyev: Bizi Vətənimizə Qaytaran Sərkərdə

 

Möhtərəm cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qətiyyətli siyasəti, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində, nəhayət ki, 30 illik Qarabağ həsrətinə son qoyuldu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Çox sevinirik və böyük qürur hissi keçiririk ki, Azərbaycan  tarixinə qızıl hərflərlə həkk olunacaq bu əlamətdar hadisənin canlı şahidləri olmaq bizə qismət oldu.

   Neçə-neçə illərin, neçə-neçə insanların həsrəti, 18, 20 yaşı, yarımçıq həyatları Laçın dağlarında, torpağında qalmışdı. Neçə illərdir, gözü yolda, qulağı səsdə idi doğma yurdun. Laçın da qəriblikdə, əsarətdə qalmışdı. İllərdir, öz doğmalarının yolunu gözləyir, isti nəfəsini arzulayırdı. Başına od ələnir, zirvəsində ildırımlar çaxnaşırdı. İllərdir, nə payızı payız idi, nə də ki, yazı yaz Laçının. Ta ki bu günə kimi. Həmin gün gəlib çatıb. Azərbaycan oğullarının azad etdikləri rayonların siyahısına Laçının da adı yazılacaq artıq. Əziz Laçın, biz qayıdırıq. İlmə-ilmə, söz-söz, misra-misra, addım-addım, bütöv bir yumruq olub, güclənib qayıdırıq.
   Bu yurd yerinə gedən yolun kənarındakı “Laçın” yazılan lövhəyə baxıb köks ötürməyəcəyik daha. Qürurla “bu gün Laçına gedirik” deyəcəyik. Artıq o lövhələr ürək yanğısı ilə baxıb gözlərimizin uzaqlara dikiləcəyi bir yazı deyil, Vətən torpağına gedən yoldur. O yol ki onu yenidən yürümək üçün neçə-neçə igidlər öz canından, qanından keçdi. Otuz il siyasət masasında, 44 gün döyüşlərdə yuxusuz gecələr keçirildi. Bu gün isə şəhidlərimizin ruhu şaddır. Yuxusuz, gərgin gecələr keçirən, hər günü bir əsrə bərabər olan liderimizin gözlərində qürur var. Çünki biz düşməni məhv etdik, diz çökdü onlar ordumuzun, Ali Baş Komandanımızın, xalqımızın qarşısında. Və 28 ildir ki, Azərbaycanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayan 74 min nəfərdən çox laçınlı tarixi torpağına geri qayıdır. Əbədi olaraq.

 Laçında eramızdan əvvəl II-I minillikdən başlayan məskunlaşmanın tarixi buranın qədim Azərbaycan yurdu olduğunu bir daha təsdiq edir. Rayonun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Maraqlı məqam ondan ibarətdir ki, Qobustan və Gəmiqayadan sonra məhz Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılıb. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim tarixə söykənən mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir. Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk Abdal tayfasının adından götürülüb.
   1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanıb. 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilib. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.
    Bu gün çox qürurluyam ki, bir neçə ay öncə yazdığım cümlələrdəki arzularım – bütün azərbaycanlıların ən böyük istəyi müzəffər Ali Baş Komandanımızın siyasi gücü, rəşadətli ordumuzun igidləri sayəsində həqiqətə çevrildi. Mən və mənim kimi yüzlərlə jurnalist də ən böyük arzumuz olan qələbədən yazmaq şərəfinə nail olduq. Ən böyük qürurum isə 20 ildir ki, Vətən borcunu cəbhədə, səngərdə yerinə yetirən hərbçi yoldaşı kimi şərəfli adı daşımağımdır. Sevincliyəm, qürurluyam, ən əsası isə minnətdaram igid oğullarımıza ki, bir daha ürəyim yana-yana işğalda inləyən torpaqlardan yazılar yazmalı olmayacağam. Artıq bitdi yurd həsrəti də, tapdaqda qalan torpaqlardan yazılan yanıqlı yazılar da.
    Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinə başlanılmaqdadır. Arzu edirəm ki, o torpaqlara qayıdacaq soydaşlarımızın xoş günlərindən yazaq!

 Səttar Mehbalıyev 

 Milli Məclisin deputatı 

Son xəbərlər

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Bütün xəbərlər