{category-title}

Biznesin pandemiya dərsləri - TƏHLİL

 

 

Üç gündən sonra Azərbaycan yenidən sərt karantin məhdudiyyətlərinin tətbiqinə keçəcək. 2021-ci il yanvarın 18-dək ölkənin əksər bölgələrində, o cümlədən iqtisadiyyatın 80 faizdən yuxarısının cəmləşdiyi Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında bir sıra zəruri sahələr istisna olmaqla, bütün sahələrdə fəaliyyət dayandırılacaq. Bu isə biznesin pandemiya zərərlərinin yenidən artmasına gətirib çıxaracaq.

Azərbaycan hokuməti sərt karantin tədbirləri tətbiq olunduğu dövr üçün biznesə bir neçə istiqamət üzrə dəstək mexanizmləri tətbiq edir. Bu mexanizmlər əmək haqqı fonduna dəstək, vergi güzəştlərinin tətbiqi, güzəştli kreditləşmə imkanının yaradılması, fərdi sahibkarlara dəstəyin verilməsi və sairi nəzərdə tutur. Yenidən tətbiq olunan məhdudlaşmalara görə dövlətin bu dəstək mexanizmlərinin də bərpa olunması gözlənilir. Nəzərə alsaq ki, noyabr ayında bəzi ərazilərdə sərt karantinə keçildikdə dövlət həmin ərazilərdə yaşayan vətəndaşlar və biznes üçün müvafiq mexanizmləri işə salıb, onda dekabr-yanvar aylarında bu mexanizmlərin sərtləşməyə keçilən digər ərazilərdə də bərpa olunacağını gözləmək olar.

Qeyd edək ki, koronavirus pandemiyası bütün dünyada həm vətəndaşların, həm də biznesin fəaliyyətində böyük dəyişikliklərə səbəb olub. COVID-19 pandemiyası bütün sahələrdə olduğu kimi, xidmət sahəsinin fəaliyyətinə və istehlakçıların davranışlarına da əsaslı təsir göstərib. O cümlədən onlayn xidmətlərin hər yerdə artması da səciyyəvi hal alıb. Maliyyə eksperti Azad Həsənlinin sözlərinə görə, Qərbdə “buy now, pay later”, bizdə isə taksidli ödəmələr deyilən alış-veriş sistemi bütün dünya boyu geniş vüsət alıb: “Yəni alıcı hər hansı malı və ya xidməti əldə edir, haqqını isə hissə-hissə ödəyir. Pandemiya dövründə dünya boyu müxtəlif məhdudiyyətlər, iş yerlərinin müvəqqəti və ya tamamilə bağlanması nəticəsində gəlirlərin 10,7 faiz azaldığı nəzərə alınsa, bir çoxlarının nağd pul çatışmazlığına düçar olduqları halda alış-veriş etmələri baxımdan bu sistem çox kara gəlir”.

Pandemiya dövründə onlayn alış-veriş üçün zəruri olan kredit kartlarının istifadəsi də xeyli artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə yanvar - oktyabr ayları ərzində plastik kartların sayı ötən ilin müvafiq dövrünə nisbətən 28 faizədək (o cümlədən debet kartları 26 faiz, kredit kartları 40,6 faiz) artıb, həmin kartlarla aparılan əməliyyatların sayı 182 milyonu keçib, onların məbləği isə 23,3 milyard manat təşkil edib (2019-cu ilin 10 ayında müvafiq olaraq 129 milyon əməliyyat və 18,37 milyard manat) (Report).

Kredit kartlarının istifadəsi daha çox maraq doğurur. Belə ki, həmin kartların sahibləri bankdan borc götürdükləri vəsaitlə əməliyyat aparır, sonra da müvafiq faiz ödəməklə həmin borcu qaytarmalıdırlar: “Bütövlükdə ölkədə kredit kartlarının istifadəsi görünməmiş həddə çatıb. Belə ki, cari ilin 10 ayı ərzində həmin üsulla 1,47 milyard manat həcmində 25 milyon əməliyyat keçirilib. Hərçənd adətən ən çox ödəniş dekabr ayında olduğu üçün ilin yekun rəqəmləri şübhəsiz ki, daha səciyyəvi olacaq”.

Göründüyü kimi, pandemiya Azərbaycanda təmassız alış-verişin indiyədək görünməmiş həddə çatmasını şərtləndirib. Eyni zamanda istehlakçı davranışlarında da kəskin dəyişikliklər baş verib. Daha istehlakçı ödənişlərini nağd pulla deyil, kartla həyata keçirməyə, bir çox xidmətləri yerində deyil, evində almağa üstünlük verir. Bu, yalnız Azərbaycanda deyil, bütün dünyada baş verən prosesdir və biznesin öz fəaliyyətini bu dəyişikliyə uyğunlaşdırması zərurətə çevrilib. Digər tərəfdən, pandemiyanın hələ ən azı bir ilə yaxın dövrdə davam edəcəyi gözlənilir. Bu isə biznesin öz fəaliyyətini həm istehlakçının, həm də mövcud şəraitin tələblərinə uyğunlaşdırmasını tələb edir.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, nəinki pandemiya, həmçinin postpandemiya dövrü üçün şirkətlər, biznes üçün çox ciddi çağırışlar formalaşdırıb: “Lakin indiki şərtlər daxilində biznesdən öz fəaliyyətlərini bu çağırışlara uyğunlaşdırmasını tələb etmək asan deyil. Çünki hazırda şirkətlər çox ciddi risklərlə üz-üzədir. Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri kəskin şəkildə pisləşib. Maliyyə resurslarına çıxış imkanları məhduddur. Banklar da riskləri nəzərə alaraq biznesin yeni layihələrini dəstəkləməyə meylli deyillər. Bu amillərin mövcudluğu halında biznesin öz fəaliyyətlərinə yeniliklər gətirməsi, innovasiya elementləri daxil etməsi çox çətin görünür. Çox təəssüflər olsun ki, Azərbaycanda həm biznesin, həm də vətəndaşların davranışlarında qeyri-adekvatlıq var. Götürək, indiki karantin rejimi dövrünü. Daha yaxşı olar ki, biznes bütün sanitar-gigiyenik tələblərə, təhlükəsizlik tədbirlərinə tam olaraq əməl etsin, fəaliyyətini bu tələblər əsasında qurmağa nail olsun. Lakin mövcud vəziyyət göstərir ki, biznes buna can atmır. Əksinə, mümkün qədər karantin tələblərini pozaraq fəaliyyət göstərməyə çalışır. Hər gün onlarla müəssisə və obyektdə karantin qaydalarının kobud pozuntusuna dair faktlar aşkarlanır. Mümkündür ki, aşkarlanmayan hallar bundan qat-qat çox olsun. Çünki monitorinqlər heç də bütün subyektlərdə aparılmır. Halbuki öz gələcək fəaliyyətinin qeydinə qalan biznes belə etməməlidir: infeksiyanın yayılmaması üçün maksimum çaba göstərməlidir. Çox sadə bir səbəbdən ki, virusun kütləvi yayılması sərt karantin tədbirlərini qaçılmaz edir və bu da biznesin fəaliyyəti üçün çox ciddi problemin yaranması deməkdir. Digər tərəfdən, biznesi karantin qaydalarına tələb olunmasına vətəndaş nəzarəti də məcbur etməlidir: pərakəndə ticarət nöqtələrindən tutmuş ictimai-iaşə, nəqliyyat xidmətinə qədər bütün sahələrdə vətəndaş xidmət göstərəni qaydalara riayət etməyə məcbur etməlidir. Təəssüf ki, Azərbaycanda bu da natamamdır, çox zəifdir. Yəni sahibkar yalnız bu günü düşünür, ”bu gün daha çox qazanım" prinsipi ilə işləyir, vətəndaş buna göz yumur, nəticədə virus kütləvi yayılmağa başlayır və hökumət məcburən daha sərt tələblərə keçir".

Biznesin öz fəaliyyətində elektron, digital texnologiyalardan istifadəyə üstünlük verməsi çağırışına gəlincə, R.Həsənovun sözlərinə görə, Azərbaycanda biznes bu sahədə də dünyadakı həmkarlarından çox geri qalır: “Xidmətlərin göstərilməsində, məhsulun satışında elektronlaşmaya keçid artıq son illərin ən böyük tələbinə çevrilsə də, pandemiya başlayanadək Azərbaycanda buna keçid prosesi çox zəif olub. Baxın, ötən ilin 9 ayında Azərbaycanda nağdsız dövriyyənin həcmi 2,1 milyard manat olub. Bu ilin eyni dövründə müvafiq göstərici 2,4 dəfə artaraq 5,3 milyard manata çatıb. Çox ciddi bir sıçrayış baş verib. Halbuki nağdsız dövriyyənin zəif artımından danışarkən biznes bəyan edirdi ki, Azərbaycanda bunun üçün müvafiq infrastruktur, vətəndaş yanaşması mövcud deyil. Amma bir neçə ayın içində bütün bu iddiaların əsassız olduğu aydınlaşdı. Mövcud infrastrukturla qeyri-nağd dövriyyənin həcmində yüksək artım baş verdi. Əlbəttə, burada pandemiyanın insanların davranışlarına təsirini kənara qoymaq olmaz. Çünki hazırda nəinki gənc nəsil, eləcə də orta və yaşlı nəsil vətəndaşlar da onlayn platformalar üzərindən alış-verişə, ödənişlərə üstünlük verməyə başlayıb. Nəticədə nağdsız dövriyyənin artırılması istiqamətində on ilə yaxın dövrdə keçməyə çalışdığımız yolu bir neçə aya keçə bildik. Bu, eyni zamanda biznes üçün əlverişli mühit yaradır: vətəndaşlar onlayn alış-verişin, ödənişlərin daha rahat, daha komfortlu olduğunu şəxsi təcrübələrində gördülər, aydındır ki, pandemiyadan sonra da bu vərdişlərini saxlayacaq, hətta daha da inkişaf etdirəcəklər. Biznes bu amili nəzərə alaraq öz fəaliyyətində istehlakçının tələblərinə uyğunlaşmaq üçün indidən hazırlıq görməlidir. İndidən onlayn satışın təşkilini optimallaşdırmaq üçün addımlar atmalıdır. Eyni zamanda biznes əməyin daha səmərəli təşkilinə nail olmalıdır. Həm istehsalatda, həm xidmətdə texnologiyaların tətbiq səviyyəsinin artırılması zərurətdir. Bizdə indiyədək bu sahədə inkişaf səviyyəsi çox aşağı olub, həm də ona görə ki, işçi qüvvəsi ucuzdur. Amma pandemiya göstərdi ki, elə şərait formalaşa bilər ki, bu ucuz işçi qüvvəsi də əlçatan olmaya bilər. Buna görə də biznes postpandemiya dövründə əməyin səmərəliliyini artırmaq, müasir texnologiyaların tətbiqi sahəsində ciddi irəliləyişə nail olsun. Hökumət iş yerlərinin saxlanması üçün yardımı yalnız pandemiya dövründə verəcək, ondan sonra yardım dayanacaq. Pandemiya dövründə ciddi itkilərə məruz qalan biznesin öz hesabına mövcud iş yerlərini saxlamaq imkanları isə demək olar ki, yoxdur. Amma eyni zamanda postpandemiya dövründəki bərpa prosesi biznesdən öz fəaliyyətini genişləndirməyini tələb edəcək. Bu isə yalnız müasir texnoloji yeniliklərin tətbiqi ilə mümkün olacaq. Və biznes bu perspektivi nəzərə almalı, öz fəaliyyətində yeni yanaşmalara keçməlidir. Postpandemiya dövrünün əsas tələbi intensiv böyümənin təmin edilməsi olacaq və biznes da öz fəaliyyətini bu prinsipə uyğunlaşdırmağa, sadəcə, məhkumdur”.
“Yeni Müsavat”

Son xəbərlər

Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək -XƏBƏRDARLIQ

Xocalıya növbəti köç OLACAQ

Bayden müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktını imzalayıb

DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

Kallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq

Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ağdaşda 14 yaşlı oğlan kanalda boğulub

Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - Foto

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

Prezident Qanun imzaladı

Messi Bakıda Qarabağ atları ilə tanış olub - FOTO

İvanişvilinin sərvəti AÇIQLAND

Sabah bəzi ərazilərə yağış və qar yağacaq - PROQNOZ

Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub YAZDI

Cənubi Koreya polisi prezidentin ofisində axtarış aparıb

Sabah bu yollarda məhdudiyyət olacaq

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: Liqa mərhələsində VI tura yekun vurulacaq

"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil edən şəxs: "İmam elan olunduğum üçün mənə hər şey olar"

Bütün xəbərlər