{category-title}

Prezidentdən mühüm qərar: Bu vergilər sıfırlandı

 

Pandemiya dövrünə görə tətbiq edilən vergi güzəştləri sahibkarların və bütövlükdə iqtisadiyyatın canlanmasında geniş perspektivlər vəd edir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştləri edilməsi haqqında danışarkən deyib. O bildirib ki, Prezident İlham Əliyev pandemiya ilə əlaqədar bəzi vergi mükəlləfiyyətlərində endirimlər edib:

“Vergi güzəştləri xüsusən kiçik və orta sahibkarlara, bəzi biznes sahələrinə şamil edildi. Hansı ki, bu sahələrin bir çoxu bu gün pandemiya ilə əlaqədar fəaliyyətini dayandırıb. Vergilərlə bağlı güzəştlərin olması gözlənilirdi. Çünki pandemiya səbəbindən bu sahələrə ciddi ziyan dəyib və onların yenidən öz fəaliyyətlərini bərpa etməsi üçün dövlət dəstəyi şərt idi. Biz tətbiq edilən vergi endirimləri ilə bu dəstəyi görürük”.

Ekspert qeyd edib ki, bu gün hələ də bir çox sahələrin dövlət dəstəyinə ehtiyacı var:

“Dövlət dəstəyi hazırkı vəziyyətdə bu sahələrin postpandemiya dövrü üçün həyati əhəmiyyət daşıyır. Bu mənada güzəşt edilməsini müsbət hal hesab edirəm. Hətta bəzi vergilər yanvar ayına qədər sıfırlanıb, bəzi vergilərdə isə endirimlər edilib. Bununla belə düşünürəm ki, vergiləri daha çox endirmək olar, çünki pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı konkret vaxt demək çətindir. Karantin dövründən sonrakı bir neçə ay müddətində iqtisadiyyatın inkişaf dinamikasının artırılması müddəti başlayacaq”.

Son xəbərlər

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Bütün xəbərlər