{category-title}

 

Fəqan Əkbərov: Müzəffər Ali Baş Komandana xalq sevgisi sonsuzdur

 

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC - də Tikinti Direktornun müavini Fəqan Əkbərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixində etdikləri səfəri izləməyən Azərbaycan vətəndaşı olmadı. Nəinki Azərbaycan vətəndaşı, bir çox ölkələrin telekanalları bu səfəri geniş işıqlandırdı. Xalqım sevə-sevə həmin səfərlərin şəkillərini paylaşdı, “Nə oldu Paşinyan yol çəkirdin bəs? Sən yol çəkən yerdə rəis love stori çəkdi” yazdılar. 2020-ci ilin payız ayları Azərbaycan xalqının mənəvi olaraq yeni dirçəlişinin, Müzəffər Ali Baş komandanın bizə yazatdığı böyük tarixi qələbənin yeni emosional inkişaf dövrü başladı. Bu gün o gündür ki, Ulu Öndər Heydər Əliyevin tarixi söylədi “Gün gələcək, Azərbaycan dünyaya gün kimi döğacaq”.

Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir. Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı. Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi. 


30 il gözləntidən sonra 44 günlük ildırım sürətli müharibə nəticəsində Qələbə sevincini yaşadıq.

Biz qalib gəldik!

16 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdikləri zaman bütün dünya Qalib Prezidentə xalqın ehtiramını gördülər. Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı.Bu səfər zamanı Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Tarix boyu belə olub ki, xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.
Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezidentdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə Ölkə başçımız, Prezidentimiz cənab İlham Əliyevin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.

Xöşbəxtəm ki, Azərbaycanlıyam!

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Bütün xəbərlər