{category-title}

 

Erməniləri qorxudan “Şuşanın sədaları”

 

Sentyabrın 27-dən Azərbaycan Ordusunun əks-hücum həmlələri ilə başlayan Vətən müharibəsində döyüş meydanında Azərbaycan əsgəri ilə yanaşı, hətta uzaq ölkələrdə yaşayan vətəndaşlarımız, soydaşlarımız da düşmənin yalanları, həyasızlığı və qəddarlığı ilə üz-üzə qalıblar. Bu gün hətta adı çəkildikdə ilk öncə kenqurular, dəvəquşular yada düşən uzaq Avstraliyada da mənfur düşmənlərimiz kök salıb, erməni lobbisi yaradıblar. Onlar bu ölkədə də yalan üzərində qurulmuş “Artsax” xülyalarını oradakı vətəndaşlara hər vəclə sırımağa çalışırlar.

Belə ki, hətta bir çoxları üçün düşündükdə belə çox uzaq olan Avstraliyada erməni vandalları incə bir Azərbaycan qadınına qarşı şərəfsizcəsinə yalan və uydurma siyasət həyata keçirməkdədirlər.

“Report”  Avstraliyada yaşayan və Azərbaycan mədəniyyəti, mətbəxi və musiqisini tanıdılmasında misilsiz işlər görən iş adamı, həmyerlimiz Xuraman Armstronq barədə maraqlı məlumat verib.

“Qarabağ şikəstəsi” və “Sarı gəlin” Avstraliya telekanalında

Bu ilin iyun ayında, hələ Qarabağda ilk savaş başlamamışdan əvvəl Avstraliyanın telekanallarının birində Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunan xüsusi veriliş yayımlandı. Belə ki, telekanalın baş prodüseri Elina Reddinin təqdim etdiyi verilişdə Melburn şəhərində yaşayan həmyerlimiz Xuraman xanım Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb, mətbəximizin onun tərəfindən hazırlanan ləziz nümunələri tamaşaçılara təqdim edib.

Təsəvvür edin, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən parçalar, “Qarabağ şikəstəsi” və “Sarı gəlin” xalq mahnılarının səsləndiyi yüksək peşəkarlıqla hazırlanmış verilişdə Azərbaycan mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindən bəhs olunub.

Bəlkə də biz azərbaycanlılar üçün bütün bunların adiləşdiyindən o qədər də maraq kəsb eləməsə də, bu verilişdə Xuraman xanım Azərbaycanda evə gələn qonağa ilkin olaraq çay təklif edildiyini qeyd edib. Avstraliyalı tamaşaçılara ölkəmizdə çay süfrəsinin təşkili, yüksək keyfiyyəti ilə seçilən Azərbaycan çayı, armudu stəkan və həmin süfrəni bəzəyən şirniyyatlar barədə də ətraflı məlumat verib. Çay süfrəsi arxasında davam edən söhbətdə qədim adət-ənənələrimizdən danışılıb.

Həmyerlimiz deyir ki, verilişdə “Qarabağ kətəsi”, Xuraman xanımın təsisçisi olduğu şirkət tərəfindən Avstraliyada istehsal edilən “Şuşanın sədaları” və “İpək yolu” şokolad məhsulları barədə söz açılıb. Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları, Xuraman xanımın babası Ələkbər Abdullayevin bir vaxtlar çalışdığı Şuşa şəhəri və Kəlbəcər rayonu barədə də tamaşaçılara ətraflı məlumat verilib.

Bir sözlə, Xuraman xanımın evində aparılan çəkilişlər zamanı ölkəmizin gözəl süfrə mədəniyyəti ilə seçildiyi, milli yeməklərin hazırlanması zamanı xüsusən təbii vasitələrə üstünlük verildiyi qeyd edilib. Milli mətbəximizin dovğa, yarpaq dolması, plov kimi nümunələrinin hazırlanması nümayiş olunub, bunun üçün lazım inqrediyentlər barədə ətraflı məlumat verilib. Azərbaycan plovunun toylarımızda xüsusi təmtəraqla təqdim olunduğunu əks etdirən video göstərilib.

Erməni sürüsü ilə üz-üzə qalan həmyerlimiz

Elə hər şey də bundan sonra başlayıb. Əsl “şou” da bütün bunlardan sonra qızışıb. 15 ildən artıq, daha dəqiq desək 2005-ci ildən Avstraliyada yaşayan Xuraman xanım söhbətimizə başlayarkən deyib ki, Qarabağ məsələsi Avstraliyada demək olar ki, heç kəsi maraqlandırmır. Bu münaqişə barəsində Avstraliya vətəndaşlarının heç bilgiləri, məlumatları da yoxdur.

Ancaq bu veriliş efirə çıxandan sonra həmyerlimiz bilib ki, Avstraliyada xeyli sayda erməni yaşayır. Hətta Xuraman xanım bu məlum hadisədən sonra agah olub ki, bu qitə ölkəsində də mənfur düşmənlərimiz məskən salıblar. Təbii ki, burada da özlərinin qondarma “Qarabağ problemini” açıq şəkildə qabardırlar.

Xanım Armstronq deyir ki, ermənilər bu verilişin efirə çıxmaması üçün əllərindən gələni edirdilər. Hətta onların arasında həyat yoldaşları erməni olan qadınlar və qızlar da vardı. Ancaq onlar bu verilişin efirə çıxmasına heç cür mane ola bilmədilər. Onlar hətta verilşin “Youtube” hostinqində yüklənməsindən sonra bu video hostinqdən də şikayətlər etməyə başladılar. Hətta vəziyyət o yerə çatdı ki, ermənilər verilişin milliyətcə rus olan prodüsserini - xristian qadını müsəlmanlara kömək etməkdə günahlandırıb, onu başqa dindən olan adama yardımçı olduğunda ittiham ediblər.

Xuraman xanım deyir ki, bu hadisələr baş verənə qədər o ermənilərlə heç bir dəfə də olsun üzləşməyib. Ancaq bu hadisələr zamanı ermənilərin necə sırtıq və üzə duran bir millət olduğunun özü şahidi olub.

Ermənilərin “Qarabağ kətəsi” və dolmaya etirazı

Təbii ki, bütün bu münaqişələrə və erməni şüvəninə səbəb isə Xuraman xanımın verilişin ortasında Azərbaycan xəritəsini nümayiş etdirməsi olub. Özü dediyi kimi, bu çox çətinliklə başa gəlsə də, o, bu verilişdə Azərbaycanın işğal altında olan torpaqlarının Avstraliya vətəndaşlarına tanıdılmasına, bu rayonların Avstraliya telekanalında adlarının çəkilməsinə nail olub. Bunun çətinliklə başa gəlməsinə səbəb isə verilişin rejissorunun və ümumiyyətlə Avstraliya xalqının siyasətdən olduqca kənar olması olub. Bir sözlə, Avstraliya xalqını siyasət qətiyyən maraqlandırmır.

Qarabağ probleminin və Qarabağ adının bu verilişə salınması üçün isə vətənpərvər Azərbaycan qadını balaca bir hiylə də işlədib. O, həcmləri hələlik az olan, amma tamamilə əl işi olan özünün istehsal etdiyi “Şuşanın sədaları” və “İpək Yolu” adlı şokoladlarından danışıb. Mövzunu Qarabağ məsələsinə daha da yaxınlaşdırması üçün Xuraman xanım növbəti hiyləsini işlədib. Deyib ki, uşaq olarkən hər yay babasıgilə Kəlbəcərə gedərdi. Təbii ki, həmin an da verilişin aparıcısı Kəlbəcərin harada yerləşdiyini soruşub. Sanki bu sualı gözləyən kimi, Xuraman xanım hazırda bu torpaqların erməni işğalı altında olduğunu və Qarabağın yaxınlığında yerləşdiyini söyləyib.

Avstraliyada erməniləri daha da qızışdıran və özlərindən çıxaran Xuraman xanımın verilişin gedişatında “Qarabağ kətəsi”ni təqdim etməsi də olub. 15 ildən çox uzaq Avstraliyada yaşayan azərbaycanlı xanım isə səmimi etiraf edib ki, bu kətənin reseptini Bakıya zəng edərək anasından soruşub. Daha maraqlı məqam odur ki, Avstraliyada mart ayından bəri karantin rejimi olmasına baxmayaraq, qaçaqaçla bazara qaçıb, Qarabağ kətəsinin hazırlanması üçün məhsulları alıb.

Mərd ürəkli qadın evində çəkiləcək verlişində Azərbaycan dovğası, dolmasını da bişirib. Dolmanın bişirməklə Xuraman xanım ermənilərə lap “od qoyub”. “Qarabağ kətəsi”nə ermənilər ona görə etiraz edib ki, sən hansı hüquqla erməni yeməyini bişirirsən və iddia ediblər ki, bunu vaxtilə erməni nənələri bişiriblər.

Çörək pulu sosial şəbəkələrdən çıxan xanım

Həmsöhbətimiz deyib ki, “Şuşanın sədaları” şokoladının adı nə çox, nə az, düz 2 il əvvəl qoyulub. Ancaq bu ilin oktyabr ayında “Şuşanın sədaları” şokoladı haqqında sosial şəbəkədə status yazdıqdan sonra ermənilər ona qarşı təhdidləri daha da artırıb. Hətta vəziyyət o yerə çatıb ki, onu ciddi şəkildə hədə-qorxu gəliblər.

Əsasən biznesini sosial şəbəkələr üzərindən quran Xuraman Armstronq ermənilərin bu müddət ərzində onun bütün biznesini çökdürdüyünü vurğulayıb. Sosial şəbəkələrdəki paylaşımlarının altında guya azərbaycanlıların erməniləri öldürdüyünü rəylərdə yazırdılar.

Ermənilər bir gün ərzində azərbaycanlı xanımın bütün sosial şəbəkə hesablarını məhv ediblər. Bu sosial şəbəkələr isə Xuraman xanım üçün olduqca vacib, hava və su qədər önəmlidir. Çünki bütün biznesi sosial şəbəkə üzərindən qurulub. Bura 7 aylıq karantin dövrünü və bu səbəbdən evdən çıxa bilmədiyini nəzərə alsaq, görün indi bu sosial şəbəkələr onun üçün nə böyük əhəmiyyət kəsb edir.

Özü dediyi kimi, bütün çörək pulu sosial şəbəkələrdən, onlayn işləməkdən çıxır. Bu anda isə ermənilər onu hətta gündəlik çörək pulundan məhrum ediblər. Xuraman xanım deyir ki, mənfur qonşularımıza hətta heç bir mal satmadığı halda, onlar bütün digər sosial şəbəkə səhifələrində onun öz əlləri ilə düzəltdiyi məhsullara mənfi rəylər yazırlar. Yazdıqları isə budur ki, nə qədər gülməli və absurd olsa da, guya o terrorçudur və məhsulları ilə insanları zəhərləyir.

Döyüş meydanında tək qalmış qadın

Bu da bəs etməmiş kimi, ermənilər onun həyatına təhdidlər etməyə başlayıblar. Məhz bundan sonra Xuraman xanım polisə müraciət etməli olub: "Dəfələrlə polisə müraciət etdim. Polis həm də bu telefon hədə qorxuların şahidi oldu, amma heç bir tədbir görmür. Avstraliya “Cyber bullyng” sahəsində çox təcrübəsizdir. O ki qaldı - telefon hədə qorxusuna - polisdən axır 3 həftə bir cavab ala bilməmişəm. Vəkil tutmağa da burada mənim maddi gücüm çatmır. Çümki çox bahalı bir prosesdir. Çox istərdim ki şər atan erməniləri məhkəməyə çağırsınlar. Amma onun üçün çox pul lazımdır".

Xuraman xanım deyir ki, Avstraliyada olduqca böyük erməni diasporu var. Hətta Sidney ştatının baş naziri milliyətcə ermənidir. Bu da ermənilərin əlini-qolunu daha da geniş açır. Bunun üçün də erməni diasporu hər şey edir ki, ştatın parlamentində qondarma “Artsax”ı qəbul etsinlər.

Ümidli qadın böyük fərəhlə vurğulayır ki, “Şuşanın sədaları”nın yaranmasına səbəb isə onun vətənpərvərliyi ilə bağlı olub. Düşünüb ki, heç olmasa kiçicik də olsa Avstraliyada Azərbaycanı tanıtsın. Artıq 35 növdən artıq şokolad istehsal edir. Deyir ki, Avstraliyada heç kəsi siyasət maraqlandırmır. Zarafata salıb deyir ki, avtraliyalıların bəziləri heç öz paytaxtını da tanımır. Ancaq dadlı və gözəl bəzədilmiş şokoladla onların soyuq qəlblərini fəth edə bilər. Əmin idi ki, bu şokoladla onları maraqlandıra bilər. Ən azından ümidlidir ki, soruşacaqlar, “Şuşa” nədir?. Bəlkə bu yolla onlara Qarabağı tanıdar, bu torpaqların erməni işğalı altında olduğunu izah edə bilər. Elə belədə oldu. Bu adda istehsal etdiyi şokoladla avstraliyalıların marağını cəlb edə bildi.

Qələbə şirinliyi paylamaq ümidi

Ancaq bununla belə o, azərbaycanlılara hələ də çox minnətdardır. Deyir ki, azərbaycanlıların əlindən gələn bir kömək budur ki, onlar onun sosial şəbəkədəki onlayn mağazasının səhifəsini çox bölüşüblər. Elə bu da bu mağazanın, “Şuşanın sədaları, “İpək yolu” və digər adda şokoladlarının ən azından qismən də olsa tanınmasına yardımçı olub.

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Bütün xəbərlər