{category-title}

Almaniyada ödənişsiz ixtisasartırma kursuna qoşulmaq istəyənlərin nəzərinə - MÜSABİQƏ

 

KOBİA menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlar üçün müsabiqə elan edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2021-ci ildə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edilir. 

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin virtual ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Proqram ingilis dilində olacaq. Namizədlərdən ali təhsilli (bakalavr və ya magistr dərəcəsi), menecment sahəsində ən az bir il iş təcrübəsinə sahib olmaları tələb edilir. Eyni zamanda, yaş həddi 45-dən çox olmamalı, yaxşı səviyyədə ingilis dilini bilməli, yüksək ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalıdırlar.

Müvafiq tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. 2020-ci ilin noyabr ayında GİZ-in mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə onlayn müsabiqə keçiriləcək.

Kurs iki mərhələdən ibarət olacaq: Treninqlər və təcrübə proqramı.

Treninqlər zamanı iştirakçılar praktiki idarəetmə vərdişlərini qazanacaq, təcrübə proqramı zamanı isə alman şirkətləri ilə virtual formatda təcrübə imkanı qazanacaq, işgüzar əlaqələrin qurulmasına yiyələnəcəklər.

İxtisasartırma kursu ödənişsizdir və kursu uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

Proqramda iştirak etmək istəyən namizədlərdən linkdə qeyd olunan sənədləri 22 noyabr 2020-ci il tarixinədək ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “training@smb.gov.az” e-mail ünvanına (mövzu yerinə “Almaniyada ixtisasartırma kursu” yazmaqla) göndərmələri xahiş olunur.

Mövcud pandemiya şəraitinə uyğun olaraq ixtisasartırma kursunu uğurla başa vuracaq iştirakçıların Almaniyaya səfərləri də nəzərdə tutulur.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər