{category-title}

Sahibkarlar hansı sahələrə investisiya qoysa, qazanc əldə edər?

 

Hazırda bütün dünya, o cümlədən Azərbaycan koronavirus pandemiyasının (COVİD-19) iqtisadiyyat və biznes üçün yaratdığı çətinliklər və məhdudiyyətlər dövrünü yaşayır. Mövcud pandemiya şəraitində biznes öz fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırmalıdır.

Bəs, xüsusilə, indiki şəraitdə mikro və kiçik sahibkarlar hansı sahələrə yatırım etməklə qazanc əldə edə və pandemiyanın sosial-iqtisadi stabilliyə olan mənfi təsirlərindən qismən də olsa yayına bilərlər?    

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Oxu.Az-a mövcud pandemiya şəraitində mikro və kiçik sahibkarların hansı sahələrə investisiya yatıra biləcəyi haqda məlumat verilib.

Bildirilib ki, pandemiya dövründə bir çox sektorlarda şübhəsiz ki, mövcud biznes modellər, istehlakçı davranışları əhəmiyyətli dərəcədə dəyişdi. Zərər çəkən sahələrlə yanaşı, kənd təsərrüfatı, qida və içki istehsalı, tibbi ləvazimatlar, kimyəvi təmizləmə vasitələri, logistika və onlayn xidmətlər kimi önə çıxan sektorlar da oldu. Bu sahələr arasında ilk növbədə onlayn xidmətlərin təşkilini xüsusi qeyd etmək lazımdır.

Buraya məsafədən satış, onlayn kuryer xidməti, onlayn tibb xidməti, onlayn təhsil, onlayn biznes xidmətləri, o cümlədən, mühasibatlıq və broker xidmətləri və s. aiddir. 

Pandemiya dövründə qida və içki istehsalında mövcud artım öz növbəsində dizayn və qablaşdırma məhsullarına olan tələbatı artırdı. Bununla belə qeyd olunan sahələr üzrə potensialımız hələ də tam istifadə edilmir və bu sahələrə investisiya qoymaq səmərəli ola bilər.

Pandemiyadan əvvəl də elektron ticarət sahəsində ildən-ilə artım müşahidə olunurdu. Pandemiya dövründə isə ümumi ticarətin həcminin azalmasına baxmayaraq, elektron ticarət dövriyyəsi artdı. Azərbaycanda bir çox müəssisələrin həm daxili, həm də xarici rəqəmsal platformalara çıxışı məhdud olsa da, bu dövrdə dövlətin dəstəyi ilə bir çox yeni onlayn xidmətlər yaradıldı və sahibkarların istifadəsinə verildi. Növbəti mərhələdə isə elektron ticarət platformalarının inkişafı yeni növ xidmət sahələrinə tələb yaradacaq.

Bu baxımdan informasiya-kommunikasiya texnologiyaları (İKT), foto-video xidmətləri, dizayn, e-ticarət platformasının operatoru, çağrı mərkəzləri və s. kimi xidmətlərin təşkili üzrə biznesin yaradılması potensial sahibkarlar tərəfindən dəyərləndirilə bilər.

Mövcud pandemiya şəraitində insanlar evlərində qalmağa, daha çox kütlənin toplaşdığı market və mağazalara getməməyə, alış-verişi onlayn etməyə çalışırlar. Bu isə öz növbəsində çatdırılma xidmətlərinə tələbatı artırır. Pandemiya dövründə çatdırılma biznesinə başlamaq doğru zaman hesab edilə bilər. Lakin pandemiya bitdikdən sonra çatdırılma xidmətinə olan marağın azala biləcəyini də nəzərə almaq vacibdir. Ona görə də çatdırılma xidməti sahəsində işə başlamaq istəyən və ya mövcud pandemiya şəraitində bu sahədə biznesini genişləndirmiş sahibkarlara xidmət keyfiyyətini yaxşılaşdırmaqla davamlı müştəri bazası yaratması tövsiyə olunur.  

İxracda xidmətlərin, o cümlədən İKT xidmətlərinin genişləndirilməsi strateji məqsədlərdəndir. Bunun üçün qarşıda duran məqsəd ilk növbədə İKT təhsilli mütəxəssislərin və biznes menecerlərin hazırlanmasıdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) cari ilin əvvəlində fəaliyyətə başlamış KOB inkişaf mərkəzlərinin (KOBİM) prioritetlərindən biri də məhz kiçik və orta sahibkarların İKT sahəsində bilik və bacarıqlarının artırılmasıdır.  

Göründüyü kimi pandemiya biznesə ziyan vurmaqla yanaşı, həm də sahibkarlar üçün geniş və yeni imkanlar yaradır. Yeni biznes qurmaq istəyən sahibkarlar KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən, o cümlədən təlim və məsləhət xidmətlərindən, müraciət əsasında müxtəlif məhsullar və xidmətlər üzrə bazar araşdırmalarının aparılması mexanizmindən və s. faydalana bilərlər.

Yeri gəlmişkən post-pandemiya dövründə rəqəmsal iqtisadiyyatla yanaşı, kənd təsərrüfatı və emal sənayesi, tikinti, mədən sənayesi, neft-kimya, nəqliyyat-logistika, ticarət, turizm sahələri Azərbaycanda prioritet istiqamətlər kimi müəyyənləşdirilib və bu sahələrin dövlət tərəfindən dəstəklənməsi, özəl investisiyaların cəlb olunması nəzərdə tutulur. Odur ki, bu sahələrə də investisiya qoyulması kiçik və orta biznes subyektləri üçün əlverişli və gəlirli ola bilər.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər