Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Bingöl vilayətində 4,1 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələyerin 7,62 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.