Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ
Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ölən və yaralananlar var.
Ordumuz adekvat tədbirlər görür.