{category-title}

Elxan Məmmədov ermənilərin futbolla bağlı təxribatlarından danışdı

 

 

 

“Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımız bu oğlanı tanıdılar, AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin oldular ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetməni itirdik”.

“Report”un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi futbol ailəsinin üzvünü itirdiklərini bildirib:

“Biz müvafiq olaraq, FİFA və UEFA-nı məlumatlandırdıq. Çünki Azərbaycan futbol ailəsinin üzvü həm də Avropa və dünya futbol ailəsinin üzvüdür. Borcumuz hamımızı sarsıdan faciəvi itkidən yuxarı orqanları, indiki halda, FIFA və UEFA-nı məlumatlandırmaq idi. Bu, bir daha dünyaya sübut edir ki, təcavüzkar Azərbaycan ərazisində dinc sakinlərə hücum edir”.

İcraçı vitse-prezident Ermənistan Futbol Federasiyasının (EFF) bəyanatını absurd və alçaldıcı adlandırıb. E.Məmmədov bildirib ki, hazırda EFF-ni başqa bir məsələ də narahat edir:

“İki həftə əvvəl biz UEFA-ya “Lernain Artsax” klubu ilə bağlı sorğu göndərmişik. Bizdə olan məlumata görə, bu klub əvvəlcə Xankəndidə qeydiyyatdan keçib və deməli, yalnız Azərbaycan çempionatında çıxış edə bilər. Lakin “Lernain Artsax” qeydiyyata alındıqdan sonra əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikasının çempionatında, daha sonra Ermənistan çempionatında mübarizəyə qoşulub. Onların bu çempionatda iştirak etmələri üçün hüquqi cəhətdən heç bir əsas yoxdur. Üstəlik, klub öncə qeydiyyatdan qanunsuz keçib. UEFA-dan bu işi araşdırmağı və klubun nə qədər legitim olduğuna dair informasiya verməyi xahiş etmişik”.

AFFA rəsmisi Avropa Liqasının pley-off mərhələsində “Legiya” və “Qarabağ” arasında Polşada keçiriləcək oyunla bağlı UEFA-ya müraciət etdiklərini də xatırladıb:

“AFFA UEFA-ya müraciət edərək bu matçla bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istədi. Qitə futbol qurumu operativ reaksiya verərək, oyuna təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin etdi. Əlbəttə, Ermənistan vətəndaşlarının əvvəlki təxribatları da nəzərə alındı. Təbii ki, biz Avropa Liqasında ötən mövsüm Lüksemburqda keçirilmiş “Düdelanj” - “Qarabağ” oyununda yaşananları unutmamışıq. Həmin vaxt ermənilər stadion üzərində dron qaldıraraq onu komandamıza tərəf yönləndirmişdilər. Xoşbəxtlikdən, heç kim xəsarət almamışdı. Həmin vaxt UEFA nümayəndələri oyunu dayandırmış, 20 dəqiqədən sonra davam etdirmişdilər. Bu faktları nəzərə alaraq, UEFA təhlükəsizlik üzrə əlavə nümayəndə təyin edib. Biz həmçinin, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması üçün Polşa Futbol Federasiyasına da müraciət etmişik”.

 

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bütün xəbərlər