{category-title}

Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”

 

Cüdo üzrə Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla bağlı fikirlərini bildirib.

O, bu gün Gənclər və İdman Nazirliyinin “Facebook” hesabındakı canlı yayım zamanı özü ilə bağlı bəzi məsələlərə toxunub. 32 yaşlı idmançı qeyd edib ki, gələcəkdə veteranlar arasında yarışda iştirak edə bilər:

“Veteranlar arasında yarışlarda iştirak etmək istərdim. Amma həmin yarışlarda iştirak etməyə yaşım imkan vermir. Bununla belə, gələcəkdə belə yarışlarda iştirakım mümkündür”.

İngilis dilimi təkmilləşdirmək üzərində işlədiyini bildirən Elnur Məmmədli qapalı zallarda məşq etməyə icazə verilməməsinə də münasibət bildirib:

“Biz özümüz-özümüzə həkim olmalıyıq. Zallar da ona görə açılmır ki, biz özümüzü virusdan qorumuruq. Hökumət buna uyğun olaraq qərar verir. Olimpiya çempionu olaraq mən də istərdim ki, qapalı zallar açılsın. Amma görünür, yoluxma sayındakı statistikaya baxılıb, belə qərar verilir”.

E.Məmmədli idmançı karyerasında başına gələn maraqlı əhvalat da danışıb:

“İdmançı olan vaxt çəki ilə bağlı problemim həmişə olub. Həmişə 73 kiloqramda yarışmışam. Amma bir dəfə 81 kiloqramda Moskvada Böyük Dəbilqə yarışında iştirak etməli idim. Çəkimin artdığını məşqçimdən gizlətmişdim. Tərəziyə çıxanda çəkim 88 kiloqram çıxdı. Məşqçim dedi ki, deyəsən, tərəzi səhv göstərir. Sonradan çəkimi 15 kiloqram salmaq üçün məni əməlli-başlı danladılar”.

“Özümü hələlik baş məşqçi qismində görmürəm. Amma sevindirici haldır ki, artıq sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev təyin olundu. Dünən zəng vurub, onu təbrik etmişəm.  

Hər zaman uduzanda zəif idmançılara uduzmuşam. Güclü idmançılara qarşı yaxşı köklənirdim. Zəif idmançılarla qarşılaşanda özümə çox arxayın olurdum. Ona görə də uduzurdum.

Cüdo ilə məşğul olmasaydım, idman növü kimi futbolu və bir də hokkeyi seçərdim”, – deyə Elnur Məmmədli bildirib.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər