{category-title}

Bina tikintisi, şadlıq evi, klinika, ət ticarəti... - Azərbaycanda bu məşhurların “sirli” biznesi

 

Bir neçə gün öncə futbol üzrə Azərbaycan millisi və "Qarabağ”ın futbolçusu Mahir Emrelinin Zaqatalada mal-qara biznesi və fındıq bağının olduğu üzə çıxıb. 
"2017-ci ildə İslam Oyunlarının qalibi olanda bizə mükafat verdilər. Əlimdə pul var idi. Düşünürdük ki, bu pulu necə dəyərləndirək. Dayı ilə məsləhət etdik. Bu yerdən xəbər tutduq və gəldik, buranı aldıq. Böyüdə-böyüdə gedirik”, - deyə Emreli bildirib.
İdmandan kənarda şəxsi biznesi olan təbii ki, təkcə Mahir deyil. Ölkəmizdə məşğul olduğu idman sahəsi ilə yanaşı, şəxsi biznes quran çox sayda şəxs var. Onlardan bəziləri bizneslərini sirr kimi saxlasa da, bunu etiraf edənlər də var.
"Yeni Sabah” həmin idmançılarla bağlı araşdırma edib. Sözügedən araşdırmanı təqdim edirik:
Samir Abbasov
Azərbaycan millisinin sabiq müdafiəçisi Samir Abbasov da biznesi olan futbol nümayəndələri sırasındadır. Son iş yeri "Zirə”nin baş məşqçi postu olan çalışdırıcının şəxsi obyektləri olduğu bildirilir. 
Mahir Şükürov
Azərbaycan millisinin sabiq futbolçusunun Sumqayıt şəhərində toyuq ferması var. Futbol oynadığı zamanlardan biznesə atılan Mahirin biznesinin idarəsini yaxın qohumlarına tapşırıb. Lakin karyerasını bitirdikdən sonrakı "quru dövr”də Şükürov biznesi ilə şəxsən özü məşğul olub.
Faiq Qarayev
Voleybol üzrə qadınlardan ibarət milli komandanın sabiq baş məşqçisi, AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayevin şadlıq sarayı var. Restoranın Bakı ərazisində yerləşdiyi deyilir. 
Aftandil Hacıyev:
Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda "Səbail”in baş məşqçisi olan mütəxəssis hələ futbolçu olduğu dönəmlərdə müsahibələrinin birində futboldan kənarda biznesi olduğunu etiraf etmişdi: "Futboldan qazandıqlarımızı ora-bura xərcləməmişik. Şəxsi biznesim var. Bunun hesabına ailəmi dolandırıram”. 
Füzuli Musayev
Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü, karate üzrə ikiqat Dünya çempionu Füzuli Musayevin də şəxsi biznesi var. Onun bir neçə mağazası olduğu haqqında iddialar yayılmışdı. FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi karate ilə məşğul olduğu vaxtarda Gəncə toylarında müğənnlik etdiyi də söylənilirdi. 
Rəşad Sadıqov
Azərbaycan millisinin keçmiş futbolçusu, "Qarabağ”ın kapitanı Rəşad Sadıqovun da futboldan kənar şəxsi biznesi olduğu deyilir. Onun bir ara yeni binaların tikintisi və satışı ilə məşğul olduğu haqqında söyləntilər vardı. Lakin Sadıqov müsahibələrinin birində bunun həqiqətə uyğun olmadığını vurğulamışdı. 
Samir Əliyev
Millinin və "Neftçi”nin sabiq futbolçusu Samir Əliyevin ət və oboy biznesi ilə məşğul olduğu deyilir. Onun futbolçu karyerası dövründən bu işə başladığı bildirilir. Deyilənlərə görə, o, həm də mağaza sahibidir.
Kamran Ağayev

Futbol üzrə milli komandamızın və "Keşlə”nin sabiq qapıçısı Kamran Ağayev də şəxsi biznesə sahibdir. Onun Şabran rayonunda bir mağaza və restoranı var.  

Elnur Məmmədli
Keçmiş idmançı, cüdo üzrə Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin 6 supermarketi olub. Lakin, deyilənlərə görə, sonradan Məmmədli uğursuzluq yaşayıb və supermarketlərin 4-5-ni bağlamaq məcburiyyətində qalıb. 
Mirhüseyn Seyidov
"İnter”in sabiq oyunçusu Mirhüseyn Seyidov da futboldan qazandığı pulla özü üçün biznes quranlardan olub. Onun Nərimanov ərazisində məşhur çay evi olduğu deyilir. 
Aslan Kərimov
Azərbaycan mili komandasının və "Qarabağ”ın keçmiş yarımmüdafiəçisinin stomatoloji klinikası və supermarketi var.
Vüqar Namazov
Poverliftinq üzrə dördqat Dünya, yeddiqat Avropa çempionu Vüqar Namazov da məşhur iş adamı sayılır. Belə ki, o, idman salonları və idman malları mağazalarına sahibdir. 
Vaqif Cavadov

Azərbaycan milli komandasının sabiq hücumçusu özü şəxsi biznesi olduğunu etiraf etmişdi. O, obyekt satışı ilə məşğul olur: "Ailəni dolandırmaq üçün məşğul olduğun heç bir sənət utandırıcı deyil”. 

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər