{category-title}

Rayon yolları açıldı, hotelə gedənlər bu qaydalara əməl etməlidir - Video

 


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirus pandemiyası dövründə Azərbaycanda hotellərin fəaliyyətinin təşkili qaydalarında dəyişiklik edib. Yeni qaydalara görə, mehmanxanalarda dezinfeksiya tədbirləri gücləndirilməli, hotel daxilində insanların kütləvi toplaşması ilə bağlı say məhdudiyyəti tətbiq edilməli, sosial məsafənin gözlənməsi üçün baryerlər qoyulmalıdır. Həmçinin işçi heyətlə təması minimuma endirmək üçün qonaqlara telefon, elektron poçt və digər tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır. Bütün bunlar hotelləri öz işini pandemiya şərtləri çərçivəsində yenidən qurmağa məcbur edir. Digər tərəfdən, artıq bir neçə gündür ki, Bakı və regionlar arasında gediş-gəliş də bərpa olunub. Bu da daxili turizmdə canlanma vəd edir. Artıq Dövlət Turizm Agentliyi pandemiya dövründə karantin məkanları kimi istifadə olunan hotellərin kütləvi şəkildə rezervasiya edildiyini açıqlayıb.

Bəs hazırda bölgələrdəki turizm məkanları yeni qaydalar çərçivəsində qonaqları necə qarşılayır? “Qafqazinfo” bununla bağlı cənub bölgəsində mehmanxanalara baş çəkib, vəziyyətlə maraqlanıb.

İlk səfərimiz Lənkəran rayonunda yerləşən beş ulduzlu “Khazar Palace” hotelinə oldu. Hotelin girişində park olunan avtomobillərin sayı göstərirdi ki, qonaqların sayı kifayət qədərdir.

Hotelin İnsan resursları şöbəsinin müdiri Elnur Əliyevin sözlərinə görə, rayonlararası gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılmasından sonra hotelə onlayn şəkildə rezervasiyalar daxil olur: “Sevindirici haldır ki, insanlar istirahət üçün müraciət edirlər. Nazirlər Kabinetinin son qərarı və “Səhman” proqramına əsasən, bütün qabaqlayıcı tədbirləri tamamlamışıq. Təlimatlar bütün şöbələrə paylanıb, işçilər məlumatlandırılıb. Çalışırıq ki, rezervasiyalar maksimum onlayn şəkildə olsun. Ödənişlər də onlayn formada, ən azı post-terminallar vasitəsilə həyata keçirilir. Hotelin ictimai-iaşə zonalarında da həmçinin masalar arasındakı məsafə də qorunur. Qonaqlar yola salındıqdan sonra minimum 3 saat otaqların havalandırılmasına vaxt ayrılır. Bütün qonaqlara maska təklif edirik. Hər mərtəbədə, otaqlarda dezinfeksiyaedici məhlullar qoyulub. Çalışırıq ki, liftdən deyil, pilləkənlərdən istifadə olunsun”.

Hoteldə ən diqqətçəkən məqam girişdə xüsusi dezinfeksiya aparatı ilə bağlıdır. Hotelin həyətinə daxil olan şəxs əşyaları ilə birlikdə həmin aparatdan keçirilərək dezinfeksiya olunur. Həmçinin hər bir turistin məsafədən ölçə bilən termometrlə hərarəti ölçülür. Bundan əlavə, hoteldə xüsusi karantin otağı da ayrııb. Əgər hotelə gələn müştəridə virus əlamətləri aşkarlanarsa, o izolyasiya edilərək həmin otağa yerləşdirilir. Aidiyyati orqanlara məlumat verilir və onun tibbi müayinəsi həyata keçirilir.

E. Əliyevin bildirdiyinə görə, sentyabrın 8-dən etibarən rezervasiyalarda yavaş-yavaş artım müşahidə olunur. Hazırda hotelin doluluğu 40 faizdir.

Masallı rayonunda yerləşən “Vilesh Palace Hotel”də də eyni mənzərə ilə qarşılaşırıq.

Gələn qonağın hotelin girişində hərarəti yoxlanır, əllərinə dezinfeksiyaedici məhlul vurulduqdan sonra həyətə daxil olur. Hotelin direktoru Loğman Qarayevin sözlərinə görə, koronavirus infeksiyası ilə əlaqədar bütün lazımi dezinfeksiya işləri görülüb, aparatlar quraşdırılıb, işçilərə təlimlər keçilib: “Qonaqlar çek-aut etdikdən 3 saat sonra otağı yenidən satışa veririk. Hər iki saatdan bir otaqlar havalandırılır. Çox istifadə olunan yerlər, məsələn resepşn, qapı qolları dezinfeksiya olunur. Hovuz ərazilərindən istifadə ilə bağlı da şərtlər var. Bir nəfər üçün 8 kv metr ərazi müəyyənləşdirilib və bütün işçilər bununla bağlı məlumatlandırılıb. hotelə gələn qonaqlardan təhlükəsizliyə riayət etmək üçün kovid testi verib-vermədiyi soruşulur. Biz bunun qeydiyyatını aparırıq. Rezervasiyalar, hətta yemək sifarişləri də telefon vasitəsilə həyata keçirirlər. Hoteldə nəğdsiz ödənişlərə üstünlük verilir”.

Rayon yolları açıldı, hotelə gedənlər bu qaydalara əməl etməlidir - Video

L. Qarayev də sentyabrın 8-dən bəri rezervasiyalarda artım olduğunu deyib. Onun sözlərinə görə, hazırda ohtelin doluluğu 50 faiz üzərindədir, həftə sonuna isə yüz faiz doluluq gözlənilir.

Baş çəkdiyimiz hotellərdə istirahət edən qonaqlar da yaradılan şəraitdən razılıq edirdilər. “Khazar Palace Hotel”də bir neçə gündür dincələn Yaşar Əhmədov hoteldə yeni qaydalara tam riayət olunduğunu bildirib: “Dezinfeksiya işləri görülür, sosial məsafə saxlanır. Biz hətta axşamlar müşahidə edirik ki, bəzən müştərilər masaların yaxın yerləşdirilməsi üçün israr edirlər, amma hotel rəhbərliyi buna qarşı çıxır. Qaydalara tam riayət olunur və bu da yoluxmaların sayının azalmasına öz töhfəsini verəcək”.

Nurlana Məmmədova da yeni qaydalara və onlara əməl olunmasına görə məmnundur: “Uzun müddət idi ki, tətildən istifadə edə bilmirdik. Tətil imkanı yaranan kimi istirahət zonaları öz xidmətlərini təqdim etdilər. İki gündür ki, burada dincəlirik. Xidmətlərdən razıyıq. İstirahət edənlərin sayı azdır. Bu da görünür pandemiya şərtlərinə görə belədir. İstər qidalanma, istər istirahət yerində sosial məsafə qorunur. Uşaqlar hovuzda əylənərkən belə nəzarətdədirlər. Hovuza 3-4 uşaqdan artıq buraxılmır”.

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal

Rayon yolları açıldı, hotelə gedənlər bu qaydalara əməl etməlidir - Video

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər