{category-title}

Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib

 

Azərbaycanda erkən, məcburi nikahların çoxu ölkənin cənub bölgələrində qeydə alınıb.

Bu barədə Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov Media.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, belə hadisələrin çoxu ictimaiyyətə açıqlanmır.

Hüquq müdafiəçisi bir il əvvəl Azərbaycanda 15 yaşlı qızın 60 yaşlı rus dili müəllimi tərəfindən təcavüz edilərək hamilə qaldığını xatırladıb.

O, qeyd edib ki, başqa bir hadisə isə təxminən iki il əvvəl Lerikdə baş verib. Orada yaşlı bir müəllim qızın sadəliyindən faydalanıb, nəticədə, azyaşlı hamilə qalıb. Valideynləri, sinif yoldaşları və ətrafdakılar qızın çəkisinin artdığını düşünüblər. Bir müddət sonra azyaşlı sinifdə doğuş edib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 15 yaşdan 17 yaşa qədər qızların 2000-2500 doğuş etməsi faktı qeydə alınıb. Yeri gəlmişkən, bu rəqəmlər 10 il əvvəlkindən xeyli azdır.

“Üstəlik, bəziləri üçüncü və dördüncü dəfə uşaq dünyaya gətirirlər. 17 yaşlı bir qızın dördüncü dəfə doğuş etməsini təsəvvürünüzə gətirirsinizmi?! Belə çıxır ki, o, aktiv cinsi həyat yaşayır, bu kimi hallara diqqət yetirmək lazımdır. Uşağa təcavüz faktına görə isə heç kim məsuliyyət daşımır. Nə təcavüzkar, nə valideyn, nə dini nikah mərasimini keçirən molla, nə küçədə hamilə azyaşlı qızı görən və gözlərini yuman rayon polis işçisi, nə də körpəni dünyaya gətirən həkim... Bu siyahını davam etmək də olar!”, - deyə hüquq müdafiəçisi bildirib.

O, qeyd edib ki, dini nikaha kifayət qədər diqqət yetirilmir, bu mövzu praktik olaraq nəzarətsiz qalır:

“Bu məsələni araşdırmaq üçün idarələrarası işçi qrupu yaratmaq lazımdır. Buraya Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Daxili İşlər, Səhiyyə və Ədliyyə nazirliklərinin nümayəndələri daxil edilməlidir.

Zərərçəkənlər polis tərəfindən müdafiə olunduqlarını hiss etmirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Proqramlar qəbul edə, maarifləndirici tədbirlər həyata keçirilə bilər, amma real statistika təəssüf doğurur”. 

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər