{category-title}

Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi

 

 

Daxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə)  və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

"Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M. B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib".

E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub: "Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". 

Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb. 

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər