{category-title}

ARB-də ixtisarlarla bağlı rəsmi mövqe

 

 

“Son zamanlar bəzi xəbər saytlarında ARB telekanalında ixtisarlar olması barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, bu, reallığı əks etdirmir”.

APA-ya açıqlamasında ARB telekanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

Bildirilib ki, pandemiya başlamazdan əvvəl 2020-ci ilin yanvar ayında ARB24 MMC-nin tərkibindəki ARB və ARB24 telekanallarında 344 nəfər əmək müqaviləsi ilə çalışırdısa, hazırda bu rəqəm 341-dir:

“Yanvardan indiyədək bir neçə əməkdaş işdən çıxıb, eləcə də yeniləri işə götürülüb. Bu, təbii haldır. Bütün telekanallarda cari mövsüm bitəndə reytinqi aşağı olan bəzi layihələr dayandırılır, növbəti mövsüm üçün yeni layihələr hazırlanır. Buna görə də yeni mövsümlə əlaqədar bəzi əməkdaşların işdən çıxması və yenilərinin işə götürülməsi baş verir. Bildirmək istəyirik ki, qarşıdakı televiziya mövsümündə 20-dən çox yeni əməkdaşın işə götürülməsi nəzərdə tutulur. Buna görə də pandemiya dövründə ARB telekanalında guya ixtisarların olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və spekulyasiya xarakteri daşıyır”.

O. İbrahimli həmçinin qeyd edib ki, aparıcı Rövşanə Ağasəfqızının ittihamına gəlincə, hələ bu ilin əvvəlində ona verilişin baxımlılıq səviyyəsinin aşağı olması ilə bağlı xəbərdarlıq edilib: “Rövşanəyə verilişin keyfiyyətinin artırılması və yeniliklər edilməsi ilə bağlı xəbərdarlıq olunub. Lakin o, tələbləri yerinə yetirməyib və verilişin səviyyəsini artırmağa nail ola bilməyib. Buna görə də yeni mövsümdə layihənin davam etdirilməsi məqsədəuyğun hesab edilməyib. Bundan sonra R. Ağasəfqızına başqa veriliş təklif olunub, lakin o, bundan imtina edib. Bu səbəbdən onunla əmək müqaviləsinin uzadılmamasına qərar verilib. R. Ağasəfqızına bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq”.

ARB telekanalının reytinqinin aşağı olması ilə bağlı səsləndirilən iddiaya gəlincə, Ozal İbrahimli bildirib ki, 2016-2017-ci il mövsümündə telekanalın ümumi reytinqi 2.18% idisə, 2019-2020-ci il mövsümündə bu rəqəm 7.47% olub:

“Göründüyü kimi, ilk mövsümlə müqayisədə hazırda reytinq 3.4 dəfədən çox artıb. 2019-2020-ci il mövsümünün nəticələrinə görə, ARB ölkə telekanalları arasında reytinqinə görə üçüncü olub”, - deyə o əlavə edib.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər