{category-title}

Nazirlik rəsmisindən müşahidə edilən hava şəraiti ilə bağlı AÇIQLAMA

 

 

“Avqust ayının ortalarında hava şəraiti ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir. Ötən illərlə müqayisədə, yağışlı günlərin sayı da çoxdur”.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, adətən, avqust ayında Naxçıvan MR-da, ölkənin aran bölgəsində və Abşeronda çox isti və quraq hava müşahidə olunur:

“Lakin bu il fərqli mənzərə yaranıb. Artıq bir çox rayonlarda və Abşeron yarımadasında cəmi 17 gün ərzində yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqdarından çoxdur.

Məsələn, Abşeron yarımadasına düşən yağıntının miqdarı aylıq normanın 147 faizi olub. Bu müddət ərzində ən çox yağıntı isə İsmayıllıya (aylıq normanın 191 faizi), Sabirabada (aylıq normanın 182 faizi), Şəkiyə (aylıq normanın 109 faizi) və Mingəçevirə (aylıq normanın 101 faizi) düşüb.

Yağan intensiv leysan yağışlar nəticəsində dörd dəfə daşqın, sel hadisəsi olub. Müqayisə üçün bildirim ki, 2019-cu ilin avqust ayında sel, daşqın hadisəsi qeydə alınmayıb.

Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla dörd gün təşkil edir. Yağışlı günlərin sayında da artım var.

Belə ki, yağışlı günlərin sayına görə Balakən-Şəki zonası fərqlənir. Bu bölgədə yağışlı günlərin sayı on gün, Mərkəzi-Aran və Qazax-Gəncə zonasında isə yeddi gün təşkil edib”.

U.Tağıyeva qeyd edib ki, avqustun 17-də Bakıda və Abşeron yarımadasında bir neçə saat ərzində düşən yağıntının miqdarı 7-10 mm olub ki, bu da aylıq normanın 115-127 faizidir.

“1992-ci ildən 2020-ci ilədək olan çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeronda buna oxşar proseslər cəmi iki dəfə, 2009-cu il avqustun 11-də və 2011-ci il avqustun 24-də qeydə alınıb. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür”.

 

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər