{category-title}

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA

 

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. 

Düşən yağıntının miqdarı Lənkəranda 27 mm (aylıq normanın 48 faizi), Sarıbaş (Qax), Astarada 25 mm, Daşkəsəndə 21 mm, Tərtərdə 20 mm, Göygöl, İsmayıllıda 19 mm, Yardımlı, Ağsu, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Göyçayda 16 mm (aylıq normanın 32 faizi), Mingəçevirdə 25 mm (aylıq normanın 73 faizi), Zərdabda 16 mm (aylıq normanın 52 faizi), Kürdəmirdə 16 mm (aylıq normanın 46 faizi), Şəki, Beyləqanda 16 mm (aylıq normanın 52 faizi), Gədəbəydə 16 mm, Biləsuvarda 15 mm (aylıq normanın 44 faizi), Ağdərə (Ordubad), Zaqatalada 15 mm-ə çatıb.

Həmçinin, düşən yağıntı miqdarı Sabirabadda 14 mm (aylıq normanın 44 faizi), Bərdə, Ağstafa, Naftalan, Kişçay (Şəki), Şahbuz, Şəmkir, Oğuzda 14 mm, Yevlax, Göytəpədə 13 mm, Neftçala, Tovuz, İmişlidə 12 mm, Ordubad, Gəncə, Balakəndə 11 mm, Xaltan, Qrız, Mərəzə, Lerik, Salyan, Cəfərxan, Xınalıq, Şərur, Qusar, Altıağac, Ağdam, Şahdağ, Ceyrançöl, Qazıməmməd, Culfa, Xaçmaz, Naxçıvan, Şabran, Qubada 2-10 mm, Sumqayıt, Bakı, Binədə 4 mm, Zabrat, Maştağada 3 mm, Pirallahıda 2 mm, Çilov adası, Neft Daşlarında 1 mm olub. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax), Əlibəydə (Şəki) 26 sm, Daşkəsəndə 23 sm, Qrızda 13 sm, Xınalıq, Gədəbəydə 12 sm, Kişçayda (Şəki) 8 sm, Şahdağda 6 sm, Ağdərədə 3 sm, Altıağac, Xaltanda 2 sm olub. 

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Abşeron yarımadası və Abşeron rayonunda 15-20 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 9-11, aran rayonlarında 9-15, dağlıq rayonlarda 0-2, Naxçıvan MR-da 14-19 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər