{category-title}

Sosial şəbəkələrdə ən çox müzakirə olunan binadan - Video

 

 

Son günlər Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib.
“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib.
Tikintini həyata keçirən "A.R.&Ko" MMC-nin rəsmisi, iş icrası Sədi Mirzəyev bildirib ki, vaxtilə “Badükübə” şirkəti tərəfindən tikintisi aparılan bu bina 16+1 mərtəbəli nəzərdə tutulub: “Layihə də, binanın təməli də buna uyğun nizamlanıb, sonrakı tikinti işləri də bu layihəyə uyğun aparılıb. 2012-ci ildə müəyyən səbəblərdən 15-ci mərtəbədən sonra binanın tikintisi dayandırılıb. Buna görə də binadan mənzil alan 12 nəfər zərərçəkmiş evsiz qalıb. Məhkəmənin qərarı ilə 16-cı mərtəbədə tikinti işləri aparılır. Artıq 6 nəfər zərərçəkmiş mənzillə təmin olunub. Avqustun 4-də də bütün aidiyyatı qurumlar gəlib yerində yoxlama aparıb, sənədlərə təkrar baxış keçiriblər. Bütün sənədlər, hər şey qaydasındadır. Biz bu işləri dövlətin qərarı və tapşırığı ilə görürük”.

S.Mirzəyev tikinti zamanı binada yaşayan şəxslərin həyatı üçün hər hansı təhlükənin olub-olmamasından danışıb: “İşlərin demək olar ki, 90 faizi görülüb. Beton tökmə, divarların hörülməsi başa çatıb. İndi yalnız suvaq işləri və digər xırda işlər qalıb. Hazırda tikinti davam edir. Bacardığımız qədər maksimal normada tikinti və təhlükəsizlik qaydalarına riayət edirik. Binanın tikintisi 2006-cı ildə başlayıb. 2012-ci ildə isə dayandırılıb. 2019-cu ilin sonunda bizə tikintini davam etdirmək üçün icazə verilib və tikintiyə başlanılıb. Binanın uşaq əyləncə yerləri və fasadın təmiri ilə birgə tam təhvil verilməsi ilin sonunda, amma mənzillərin tikilib təhvil verilməsi oktyabrda başa çatacaq”.
Ərazidə olarkən müşahidələrimizdən məlum oldu ki, binada bir çox mənzil hazırda boşdur və o mənzillərin heç pəncərələri belə yoxdur. Bu mənzillər bir neçə şəxsə satılan və hazırda məhkəmə çəkişməsində olan evlərdir.
Qeyd edək ki, sözügedən binanın tikilməsi bir neçə cinayət işinə səbəb olub və sonda qətllə nəticələnib. Belə ki, ilk olaraq “Badü-Kübə” MTK-nın təsisçiləri Nəsib Əliyev və Zaur Cabbarov müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3,9 milyon manat pulu mənimsəyiblər. İstintaq materiallarına görə, "A.R.&Ko" MMC-nin direktoru Asif Əsədullazadə də "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632 min manat ələ keçirib. “Bandotdel”in apardığı istintaq nəticəsində hər üç şəxs həbs olunub. Daha sonra Ədalət Qəmbərov adlı şəxs MTK-ya direktor təyin olunub.
Bundan sonra A.ƏSədullazadənin oğlu Türkel Əsədullazadə Ədalət Qəmbərova bildirib ki, N.Əliyev və Z.Cabbarovala olan razılaşmaya görə, hazır binadan ona 3500-4000 kv.m yaşayış sahəsi verilməlidir. Ədalət Qəmbərov isə Əsədullazadələrdən binanın tikintisində onların payçı olmasını sübut edən sənədləri tələb edib. Lakin Əsədullazadələr bu sənədləri toplaya bilmədiyi üçün məsələ münaqişəyə çevrilib. 2010-cu ilin iyunun 5-də elə həmin binada Türkel Əsədullazadə atasının ov tüfəngi ilə Ədalət Qəmbərovun mühafizəçisi Samid Məmmədovu güllələyərək öldürüb. Bundan sonra da binanın tikintisi dayandırılıb. İndi isə binanın əlavə mərtəbəsini Asif Əsədullazadənin şirkəti davam etdirir.
Türkel Əsədullazadə məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Nəsib Əliyev isə “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb və ifadəsində general Akif Çovdarovun tələbi ilə yeni tikilən binadan MTN-nin müəyyən etdiyi adamlara 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi verdiklərini, həmin evlərin isə bundan əvvəl başqa şəxslərə satılmış evlər olduğunu deyib.
Məhkəmənin hökmü ilə N.Əliyev 13 il, Z.Cabbarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Asif Əsədullazadəyə isə şərti cəza verilərək azadlığa buraxılıb.

Son xəbərlər

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Nazir ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Avstriyaya gedib

MN: G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir

Kavelaşvili: Gürcüstan hökuməti Aİ-yə üzvlükdən heç vaxt imtina etməyib

Qazaxıstan Baş nazirinin müavini: AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Əlahiddə Ümumqoşun Orduda yoxlamalar zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində xüsusi qərargah yaradılıb

Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur"

Bütün xəbərlər