{category-title}

Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA

 

“Azərbaycanda gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək”.

Bu sözləri parlamentin dünən keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər:

“Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə qazanılan gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Lent.az -a bildirib ki, tikinti şirkətlərinin sadələşdirilmiş vergi ilə işləməsinə iki səbəb olub:

“Birinci səbəb o idi ki, şirkətlərdə mühasibatlıq dəqiq qurulmamışdı və bir nəfər oturub, sadəcə olaraq ümumi rəqəmləri hesablayır, dəqiqləşdirilmiş hesabat aparmırdı. Digər səbəb isə tikinti şirkətlərinin tikinti xərci ilə satış qiyməti arasındakı fərqin çox böyük olması idi. Buna görə də onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq sərf edirdi”.

N.İbrahimov əlavə edib ki, sadələşdirilmiş verginin ləğvi ilə evlərin bahalaşacağı fikirləri ilə razılaşmır:

“Tikinti şirkətləri vahid vergi rejimində fəaliyyət göstərdikdən sonra məcbur olacaqlar ki, bütün xərclər göstərilsin və rəsmi sənədləşdirmə işləri baş tutsun. Bundan sonra evlərin satış qiyməti ilə xərcləri arasındakı marja (fərq) kiçiləcək.

Düşünürəm ki, əslində real uçot nəticəsində ƏDV (əlavə dəyər vergisi) tikinti şirkətləri üçün daha sərfəlidir. Onların özləri də şahid olacaq ki, uçotlar düzgün aparılsa, sadələşdirilmiş vergidən belə az vəsait ödəyəcəklər”.

Ekspert əlavə edib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsinin ƏDV-dən azad edilməsi düzgün qərardır:

“Çünki, bəzi tikinti şirkətləri binaların bir hissəsini dövlətə verirlər ki, növbədə olan şəxslərə ev verilsin. Bu şirkətlərin ƏDV-dən azad edilməsi müsbət addımdır”.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər