{category-title}
Gündəm
5.08.2020, 12:37
Azərbaycan beynəlxalq təşkilatlardan kredit istəyir? - RƏSMİ
“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz maliyyə ehtiyatları hesabına koronavirusla mübarizə aparır.
S.Şərifov bildirib ki, dünyanın bir çox ölkələrində ÜDM-nin həcmi aşağı düşüb.
“Azərbaycanda ÜDM-lə bağlı azalma var, amma vəziyyət o qədər pis deyil”, - deyə S.Şərifov əlavə edib.