{category-title}

İrəvana kritik Qarabağ siqnalı: - “Türkiyəsiz münaqişə çözülməyəcək!..”

 

 

Tovuz istiqamətində döyüşlər Qarabağ konflikti ətrafında situasiyaya yeni və ciddi ştrixlər əlavə edib. Onlardan ən mühümü odur ki, baş verən olaylardan sonra problemin həll olunmamış qalmasının nə dərəcədə təhlükəli olduğu hamıya, öncəliklə də Minsk Qrupu həmsədrlərinə əyan olub. Söhbət ilk növbədə Rusiyadan - Ermənistanın əsas hərbi-siyasi müttəfiqindən gedir. Elə isə Moskva reallığı nəzərə alıb problemin çözümü yönündə real və çevik addımlar atacaqmı?

“Moskva Bakı və İrəvanla atəşkəsin möhkəmləndirilməsi və danışıqlar prosesinin intensivləşdirilməsi üçün müxtəlif təşəbbüsləri müzakirə edəcək. Ümid edirik ki, beynəlxalq gediş-gəlişlə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra münaqişənin həlli ilə bağlı bütün məsələlərin əsaslı şəkildə həlli mümkün olacaq”.

Bunu ötən həftəsonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Bəs bu, o anlama gəlirmi ki, Moskva münaqişənin dinc həlli üçün ATƏT-in Minsk Qrupundan ayrı bir fəaliyyət mexanizmini işə salmağa hazırlaşır?

*****

Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov bunu istisna etmir. Onun fikrincə, həmsədrlər arasında yalnız Moskva son insident zamanı əməli işlər görüb, digərləri isə bəyanat verməklə kifayətləniblər.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni portalına açıqlamasında bildirib.

“Bakı indi daha da aktivləşib, yeni xarici işlər naziri var, prezident köməkçisi Hacıyev əlamətdar açıqlamalar verir. Xüsusilə o, Minsk Qrupunun üzvü olan dövlətlərin xüsusi iclas keçirməsini təklif edir, gündəliyin dəyişdirilməsinin vacibliyini vurğulayaraq, Minsk Qrupunu sərt şəkildə tənqid edir. Eləcə də Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın yaxın gələcəkdə bu istiqamətdə işləmək istəyi var. Ancaq bu, çoxsaylı suallar və problemlər doğurur”, - deyə o qeyd edib.

Erməni jurnalistin Türkiyənin vasitəçi roluna heç vaxt razı olmayacağı ilə bağlı qeydinə isə Tarasov belə cavab verib: “İndi məsələ bunda deyil. Biz Türkiyənin bu mərhələdə nə qədər fəal olduğunu, açıq bəyanatlar verdiyini, Qafqazda mövqelərini möhkəmləndirmək istədiyini görürük. Hətta bölgəyə Ankaranın qoşun göndərməsinədək söhbət oldu. Amma bu, baş versəydi, Rusiya da öz qoşunlarını cəlb edər və qəliz bir vəziyyət yaranardı. Riskə gedilmədi. Köhnə danışıqlar prosesinə qayıtmağın mümkün olub-olmadığını isə təxmin etmək çətindir”.

*****

Göründüyü kimi, Tarasov ermənilərin Türkiyə xofuna rəğmən, Qarabağla bağlı əslində fərqli bir həll formatının işə düşə biləcəyini anons edir.

Buradaca yada salaq ki, rəsmi Bakı, prezident İlham Əliyev İrəvanın son sərhəd təxribatı fonunda yeni xarici işlər nazirini təyin etməklə və təzə XİN rəhbəri Ceyhun Bayramova Qarabağla bağlı kurs verməklə artıq vasitəçilərə öz dəqiq mesajını çatdırıb. Eyni zamanda, prezidentin köməkçisi Hikmət Hacıyev analoji mövqeyi açıq mətnlə dilə gətirib: Azərbaycan bundan sonra sülh danışıqlarının imitasiyası naminə boşuna vaxt itirmək niyyətində deyil.

Yeni nazir təyinatından az öncə isə İlham Əliyev Minsk Qrupu həmsədrlərinin fəaliyyətini kəskin tənqid etmişdi. Ölkə başçısı həmçinin “konfliktin hərbi yolla həlli yoxdur” deyən, sülh danışıqları yolu ilə heç bir real nəticəyə nail olmayan və dolayısyla işğal rejiminin uzanmasına xidmət edən vasitəçilərə BMT Nizamnaməsini xatırlatmışdı. Hansı sənəd ki, işğala məruz qalan ölkəyə öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək hüququ tanıyır.

*****

BMT Nizamnaməsindən söz düşmüşkən, beynəlxalq hüquq sahəsi üzrə ekspert Erkin Qədirlinin bu xüsusda maraqlı bir şərhi var.

Ekspert hesab edir ki, Ermənistanın ərazimizi işğal etməsi beynəlxalq hüquqa əsasən, özümüzü müdafiə etmək haqqımızı aktuallaşdırır, özünümüdafiə haqqının gerçəkləşdirilməsi isə hücuma məruz qalmış dövlətin ərazisi ilə məhdudlaşdırılmır: “Yəni özünü müdafiə edən dövlət öz müdafiəsini yalnız özünün ərazisində qurmağa borclu deyil. Hücuma məruz qalmış dövlət özünümüdafiə məqsədləri üçün ona hücum etmiş dövlətin ərazisində də hərbi əməliyyatlar apara bilər. Bu, BMT Nizamnaməsinin 51-ci maddəsinin mətnindən və kontekstindən də anlaşılır. Orada xüsusilə vurğulanır: ”Bu Nizamnamədə heç nə hücuma məruz qalmış BMT üzvünün ayrılmaz haqqı olan fərdi və ya kollektiv özünümüdafiəsini əngəlləmir". Burada “heç nə” sözləri çox önəmlidir. Yəni başqa hallarda digər dövlətə hücum etmək qadağan olunursa, özünümüdafiə məqsədləri üçün bu, icazəli sayılır. Odur ki, biz müdafiəmizi yalnız öz ərazimizdə qurmağa borclu deyilik. Biz Ermənistana hücum edə bilərik. Beynəlxalq hüquq bunu bizə qadağan etmir. Yetər ki, legitim hərbi hədəflərlə legitim olmayan mülki hədəfləri qarışıq salmayaq.

Əslinə qalsa prezidentin dediyi kimi, Ermənistan bizimlə təkbətək savaşarsa, gedişat belə ola bilər: 1) Naxçıvandan ordumuz hücum edir və Mehrini alaraq Ermənistanın İrana yolunu bağlayır; 2) Eyni zamanda, ordumuz Ermənistanın şimalına hücum edir və onun Gürcüstana yolunu bağlayır; 3) Ermənistan məcbur olub qoşunlarının önəmli hissəsini Qarabağdan çəkir ki, öz ərazisini müdafiə edə bilsin; 4) Bu zaman da ordumuz əsas hücumunu Qarabağda başlayır. Beynəlxalq hüquqa görə, bunu etməyə haqqımız var. Yalnız bunun üçün gərək gerçəkdən Ermənistanla təkbətək olaq. Düşmən ölkə ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır".

*****

Məsələ də elə Rusiya amilindədir, KTMT-dədir. Odur ki, qayıdaq, S.Tarasovun işarə vurduğu 4-lü həll formuluna.

Əslində münaqişənin optimal həlli üçün ən ideal format Bakı-Ankara-Moskva-İrəvan dördlüyü ola bilər. Çünki Ermənistana Rusiyanın güclü təsir imkanı varsa, Türkiyə də Azərbaycanın yanında mühüm söz sahibidir. İkinci yandan, Ankara və Moskvaya Qarabağ ixtilafına görə bölgədə üz-üzə gəlmək sərf etmir. Bu, hər iki dövlətin köklü mənafeyinə ziddir - bədəl Rusiya üçün də, Türkiyə üçün də çox böyük ola bilər. Bunu Moskvada və Ankarada anlayırlar. Həlli uzanan konflikt isə məhz Türkiyə və Rusiyanın bölgədə toqquşma riskini artırır ki, azaltmır. Nəhayət, 4-lü formatın xeyrinə olan daha bir amil Türkiyə və Rusiyanın Yaxın Şərqdə pis-yaxşı ortaq əməkdaşlıq təcrübəsinə malik olmasıdır.

Bir sıra beynəlxalq analitiklər də sərhəddəki son qanlı olaylardan sonra 4-lü formatın 27 ildir tüstülənən Dağlıq Qarabağ konfliktinin çözümü üçün yeganə variant olduğu haqda daha ucadan danışmağa başlayıblar. Beynəlxalq təcrübə isə göstərir ki, vasitəçilər nə qədər çoxdursa, hər hansı mübahisəli və münaqişəli məsələdə anlaşmaya gəlmək bir o qədər çətin olur. Çünki hərənin münaqişədə güddüyü konkret maraq olur. Hərçənd qardaş Türkiyənin tək marağı bəlli: ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında, qeyd-şərtsiz təmin olunması.

4-lü formatın işlək olması üçün ilk güclü xoşməramlı jest isə Türkiyə, Azərbaycan bir yanda, Ermənistan isə başqa yanda, bir-birinin ərazi bütövlüyünü tanıması olar. Bütün hallarda Qarabağ konflikti Türkiyəsiz öz yekun həllini tapa bilməyəcək. Son olaylar bu qənaətin altını bir daha, qalın xətlə cızıb. Moskvadan İrəvana verilən son kritik siqnal da elə budur...
“Yeni Müsavat”

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Bütün xəbərlər