{category-title}

İlham Əliyev: “Kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir”

 

 

“Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar”.

Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı səsləndirib.

“Ola bilər, güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər. Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq”- deyə, Prezident bildirib.

İlham Əliyev qeyd edib ki, yeraltı və yerüstü su resurslarının qiymətləndirilməsi məsələsi həll olunub. Çatışmayan vəsait tezliklə ayrılmalıdır və həmçinin hidrotexniki qurğuların təftişinə də mütləq xarici mütəxəssislər cəlb edilməlidir.

“Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur.

Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar”.

Son xəbərlər

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb

Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

İsrail ordusu Livanda ciddi itkilər verdi

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Oğuzda narkotik alverçiləri saxlanıldı

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bütün xəbərlər