{category-title}
Bakıda azyaşlılar vəhşicəsinə döyüldü
Bakının Sabunçu rayonunda dörd nəfər uşaqlara hücum edib.
Bu barədə Oxu.Az-a hücuma məruz qalan uşaqlardan birinin anası bildirib.
Onun sözlərinə görə, rayonun Zabrat qəsəbəsində uşaqlar məhəllədə oynayan zaman dörd nəfərin hücumuna məruz qalıblar:
“Övladım 2011-ci il təvəllüdlüdür. Oyun oynayan zaman onlara zor tətbiq edilib, burnu sındırılıb. İki gündür yata bilmir. Mən altı ay öncə övlad itirmişəm. Bir valideyn kimi yaşadığım həyəcanı təsəvvür etmək çətin deyil.
Digər azyaşlı qonşumun uşağıdır. 2013-cü il təvəllüdlüdür. Daxili qanaxması var və xəstəxanadadır, vəziyyəti ağırdır”.
Ana iddia edir ki, uşaqlara hücum edən dörd nəfər narkotik maddə aludəçisidir:
“Məsələ barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət ediblər:
Dörd nəfərdən birinin saxlanıldığı bildirilir. Biz istəyirik, hamısı həbs edilsin”.