{category-title}

Bakıda bir gündə altı nəfər yoxa çıxdı - İnsanın itkin düşməsi necə təsdiqlənir?

 

Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş faktı qeydə alıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İtkin düşən altı şəxsdən ikisi azyaşlı - Nurlan (2009-cu il təvəllüdlü) və Ömər Şərifov (2014-cü il təvəllüdlü) qardaşdır. Onlar aprelin 20-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yoxa çıxıblar. Polis idarəsinə uşaqların itkin düşməsi ilə bağlı məlumat aprelin 21-də daxil olub. Xoşbəxtlikdən elə həmin gün azyaşlılar Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq, sağ-salamat ailələrinə təhvil verilib.

Qeyd edək ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində aprelin 21-də Dadaşova Səkinə Qalib qızı (1997-ci il təvəllüdlü) itkin düşüb. O, saat 15:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsi Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları axtarır.

Aprelin 20-də Nərimanov rayonunun ərazisində 23 yaşlı Soltanov Kamran Rafiq oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nizami rayonunda isə ötən ilin oktyabr ayının 30-da Qara Qarayev prospektinin yaxınlığında itkin düşmüş Hüseynov Həsən Allahverdi oğlu (1975-ci il təvəllüdlü) axtarılır.

Yasamal rayonunun 27-ci polis bölməsinin əməkdaşları Orucov Vidadi Mehdi oğlunu (1959-cu il təvəllüdlü) axtarır. Bu şəxs martın 19-da yoxa çıxıb. O vaxtdan bəri onun harada olduğu barədə məlumat yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, əksər hallarda itkin düşən şəxslər iki-üç gün sonra özləri sağ və salamat geri qayıdırlar. Lakin istənilən halda axtarış aparılan müddətdə bu şəxslər itkin düşmüş hesab edilir. Həmin şəxslər cinayətin və ya hansısa bədbəxt hadisənin qurbanına da çevrilə bilərlər.

Oxu.Az-ın oxucuları tez-tez “insan hansı hallarda itkin düşmüş hesab olunur?” sualı ilə müraciət edirlər.

Məsələ ondan ibarətdir ki, əvvəllər bütün MDB məkanında vahid təcrübə mövcud idi - əgər şəxsin itkin düşməsindən üç gün keçməyibsə, hüquq-mühafizə orqanları ərizəni qəbul etmirdilər. Lakin son 10 ildə daxili işlər orqanlarının normativləri dəyişib və müddətdən asılı olmayaraq, itkin düşən şəxs haqqında ərizə dərhal qəbul edilməlidir.

Şəxs o halda itkin düşmüş hesab olunur ki, qəflətən və naməlum şəraitdə yoxa çıxsın, harada olduğu haqqında məlumat olmasın. Daxili İşlər Nazirliyində bütün itkin düşmüş şəxslərin qeydiyyatının aparıldığı xüsusi baza mövcuddur. Orada şəxsin məlumat vərəqəsi, şəkilləri, xüsusi əlamətləri, şəxsiyyətini müəyyənləşdirərkən lazım ola biləcək bütün məlumatlar var.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər