{category-title}

Bakı sakini: “Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər”

 

“Test nəticəmizin pozitiv olduğu deyildiyi üçün bir həftə ev şəraitində müalicə almışıq, sonradan bizə bildirildi ki, pozitiv yox, neqativdir”. 

Bu sözləri Qafqazinfo-ya müraciətində Yasamal sakini Sevinc Qəmbərova deyib.

O bildirib ki, iyunun 19-da “Lor Hospital”da həyat yoldaşı və beş yaşlı qızı ilə birlikdə COVID-19 testi verib.

Əvvəlcə onlara nəticələrinin pozitiv olduğu bildirilib:

“Özümüzdə koronavirusun simptomlarını müşahidə etdiyimiz üçün ailəvi olaraq test verdik.

Daha sonra nəticəmizlə bağlı xəstəxana ilə əlaqə saxlayanda bildirildi ki, cavab pozitiv olduğundan mesaj göndərilmir və nəticələr E-TƏBİB-ə yüklənəcək. 

103-ə zəng vurduq və onlar da ev şəraitində qalmağımızı, nəfəs darlığı problemimiz olmadığı üçün xəstəxanaya aparılmayacağımızı söylədilər. Biz də ev şəraitində müalicə olunduq, vitamin C, D və hər ehtimal antibiotiklər qəbul etdik. Həyat yoldaşıma sistem vuruldu. 12 gün sonra yaxşılaşdığımız üçün adımızın E-TƏBİB sistemindən silinməsi üçün yenidən müraciət etdik.

Sistemdə həyat yoldaşımın adı çıxdı, bizimki isə çıxmadı. Yenidən “Lor Hospital”la əlaqə saxladığımız zaman bizə qızımla mənim nəticələrimizin neqativ olduğu bildirildi. Ancaq başda deyilmişdi ki, cavab neqativ olduğu təqdirdə bizə SMS gələcək, pozitiv olduğu təqdirdə isə sistemə adımız əlavə olunacaq. Heç biri edilmədi”.

S.Qəmbərova iddia edir ki, xəstəxana nəticələri TƏBİB-in sisteminə səhv təqdim edib:

“Üçümüzə də cavabın pozitiv olduğu deyildiyindən biz bu müddət ərzində eyni evdə qalmışıq.

Qızımda da, məndə də eyni simptomlar olub, ikimizin də hərarəti yüksək idi. Necə olur ki, yoldaşımda pozitiv, bizdə neqativ olur? Bir ana kimi övladım üçün mənəvi stress keçirmişəm. İndi deyirlər ki, virusa yoluxmayıb. Poliklinikadan da bizə bildirildi ki, haqqımızda onlara hər hansı məlumat verilməyib. Bu səbəbdən bizimlə maraqlanan olmayıb. 100 manat verib, test etdirdik, nəticəsi də belə”.

Sevinc Qəmbərova əlavə edib ki, üç ailə üzvünün test etdirilməsi üçün klinikaya 300 manat ödənilib. 

Klinikanın icraçı direktoru Arif Cəbrayılov məsələ ilə bağlı açıqlamasında bildirib ki, məlumat yanlışdır və şikayətçi ilə qızının nəticələri TƏBİB-in bazasına neqativ olaraq yerləşdirilib:

“Neqativ olması ilə bağlı nəticələri hazırdır, gəlib götürə də bilər. Yanlış informasiyadır”.

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər