{category-title}
Gündəm / Olkə
9.04.2020, 10:40
Koronavirus xəstələrindən neçəsi süni nəfəs aparatına qoşulub?
TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.
"PressXeber.info" xəbər verir ki, bu gün 3018 test aparılıb. Onlardan 105-nin nəticəsi pozitiv çıxıb.
Məlumata görə, indiyədək 53 011 test aparılıb. Koronavirusa yoluxan 822 nəfərdən 8-i dünyasını dəyişib, 63-ü isə sağalıb.
Reanimasiyada 8 xəstə var. Onlardan ikisi süni nəfəs aparatına qoşulub. Aktiv xəstələrin sayı isə 751 nəfərdir.