{category-title}

Hər kəsi qorxuya salan “buzlu şüşə” diaqnozu nə deməkdir? - FOTO

 

Koronavirus dövründə geniş yayılmağa başlayan bir diaqnoz var – “buzlu şüşə” mənzərəsi. Bəzən bunu “buz kristalı”, “buz parçası” kimi də adlandırırlar.

Mediabiz.az xəbər verir ki, Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun kafedra müdiri Məlahət Sultanova bir çox vətəndaşı adı ilə qorxuya salan “buzlu şüşə”nin mahiyyətini açıqlayıb.

Həkim qeyd edib ki, bəzən normal hallarda da “buzlu şüşə” görüntüsü radioloji görüntülərdə izlənilə bilər. Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla “buzlu şüşə” görüntüsü verə bilər.
Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu ,o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür:
“Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. “Buzlu şüşə” xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.
Radioloq M.Sultanova bildirib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edib ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.
Qeyd edək ki, “buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4 günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. “Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir (Şəkildə eyni xəstənin rentgenoqrafiya və KT müayinələrində buzlu şüşə görüntüsünün təsviri verilib).

Hər kəsi qorxuya salan “buzlu şüşə” diaqnozu nə deməkdir? - FOTO

 

Hər kəsi qorxuya salan “buzlu şüşə” diaqnozu nə deməkdir? - FOTO

 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər