{category-title}

Paşinyan bu dini təriqətin üzvüdür? – Azərbaycanda da fəaliyyət göstərirlər…

 

 

Ermənistan mətbuatında ölkənin Baş naziri Nikol Paşinyanın “Həyat sözü” dini təriqətinə üzvü olması barədə məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumatın yayılmasının səbəbi Nikol Paşinyanın sosial şəbəkə hesabında paylaşdığı video olub.
Paşinyanın 2016-cı ildə televiziya kanallarının birinə verdiyi müsahibəni Ermənistanda fəaliyyət göstərən “Həyat sözü” dini təriqətinin üzvlərindən biri öz sosial şəbəkə hesabında paylaşıb.
Dünən (24.06.2020) Nikol Paşinyan da bu videonu həmin şəxsə istinadən rəsmi “Facebook” hesabında paylaşıb. Baş nazir qeyd edib ki, hər dəfə bu müsahibəyə baxanda təəssüf edirəm ki, daha az fikir söyləmişəm. Paşinyan müsahibədə demək istədiyi fikirləri də yazıb: “Əhdi-Cədiddə (“İncil”) İsa Məsihin ağzından eşitdiyimiz bir çox cümlə və düşüncələr, bu cümlələr, düşüncələr yalnız ilahi mənşəli ola bilər. İsadan sonrakı min illik bir dövürdə insanlar bu cür fikirlər deyə bilmədilər”.
Ermənistan Baş nazirinin bu paylaşımı sosial şəbəkədə və ölkə mətbuatında ciddi müzakirələrə səbəb olub. İddia olunur ki, Paşinyanın yazdığı fikirlər “Həyat sözü” dini təriqətinə mənsub şəxslərin tez-tez dilə gətirdiyi ifadədir.

Paşinyan bu dini təriqətin üzvüdür? – Azərbaycanda da fəaliyyət göstərirlər…

Onu da bildirək ki, Paşinyanın adı daha əvvəl də “Həyat sözü” dini təriqətilə birgə hallanıb. 2018-ci ildə Ermənistanda baş tutan hakimiyyət dəyişikliyindən sonra ölkə mətbuatında Paşinyanın “Həyat sözü” dini təriqətinə üzv olduğu və onun hakimiyyətə gəlməsinə təriqət üzvlərinin dəstək verdiyi bildirilib. Paşinyanın yaxın adamlarından bir və eyni zamanda da Baş nazirin işlər idarəsinin müdiri olan George Agamyan mətbuata verdiyi müsahibədə “Həyat sözü” dini təriqətinə üzv olduğunu və burada heç bir qəbahətin olmadığını bildirib.
Məlumat üçün bildirək ki, “Həyat Sözü” adlı dini təriqət protestantlıq cəryanına aiddir. “Həyat Sözü” 24 may 1983-cü ildə Ulf Ekman adlı ilahiyyətçi tərəfindən qurulub. Təriqətin mərkəzi qərargahı İsveçin Upsala şəhərində yerləşir.
Açıqlan məlumatlardan belə görünür ki, bu təriqət daha çox keçmiş SSRİ ölkələrindən Rusiyada, Ukraynada, Ermənistanda, Azərbaycanda və Özbəkistanda yayılıb.
“Həyat Sözü”nün Azərbaydandakı fəaliyyəti 1994-cü ildən başlayır. 1994-cü ildə dini təriqət Azərbaycanda “Tanrı Azərbaycanı sevir” adlı tədbir keçirib və bundan sonra ölkədə humanitar fəaliyyətlə məşğul olub.
1999-cu ildə “Həyat Sözü” dini icması Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. “Həyat Sözü”nün Azərbaycandakı rəhbəri Rasim Xəlilovdur. O, pastorluq vəzifəsini 2000-ci ildən yerinə yetirir. 2000-ci ildə Azərbaycan Texniki Universitetini, 2001-2002-ci illərdə “Həyat Sözü”nün Bibliya Kollecini və 2003-cü ildə Kiyev şəhərində (Ukrayna) “Həyat Sözü” Universitetində pastorluq kursunu bitirib.
Dini icma sosial aktivliyi ilə seçilir, müxtəlif xeyriyyə layihələri həyata keçirir.
Paşinyan bu dini təriqətin üzvüdür? – Azərbaycanda da fəaliyyət göstərirlər…

Bildirilir ki, Azərbaycanda “Həyat Sözü” dini icmasının təqribən 1800 üzvü var. Onların əksəriyyəti azərbaycanlıdır. Lakin üzvlər arasında rus, ləzgi, tatar, hindistanlı, pakistanlı, nigeriyalı və isveçlilər də var.
Dini icma tərəfindən xristianlığı təbliğ edən “Alfa” kursları təşkil olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Həyat Sözü”nün aşağıdakı dini icmaları da dövlət qeydiyyatına alınıb:
1. Bakı şəhəri “Həyat sözü” Xristian dini icması. (qeydiyyat tarixi: 23.05.2012-ci il; hüquqi ünvan: Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 6).
2. “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması. (qeydiyyat tarixi: 13.11.2015-ci il; hüquqi ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev14/9, mənzil 3).
Bununla yanaşı, “Həyat Sözü”nün Ağdaş, Quba və başqa yerlərdə kiçik özəkləri mövcuddur.
Onu da qeyd edək ki, “Həyat Sözü”nün ən çox yayıldığı ölkələrdən biri də Ermənistan hesab olunur. Təxminən 200-300 min Ermənistan vətəndaşının “Həyat Sözü” təriqətinin mənsubu olduğu bildirilir.

Son xəbərlər

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Şəki-Oğuz sərhədində zəlzələ olub

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

Etibar Məmmədovun villası qarət olundu

Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!

Meteor yağışı olacaq - Bu tarixdə

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Bütün xəbərlər