{category-title}

Həftəsonu qadağaların əsas səbəbi açıqlandı - RƏSMİ

 

"Ciddi sərtləşdirilmiş karantin tədbirləri ya davamlı, ya da aralıqlı tətbiq edilə bilər".

Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, davamlı karantin tədbirləri 2-3 ay və ya daha uzun müddətə davam edə bilər: "Əlbəttə ki, bunun özünün sosial, tibbi və iqtisadi fəsadları var. Aralıqlı karantin tədbirləri zamanı isə ölkə, şəhər və ya qəsəbə müəyyən müddətə, 3 həftəlik və ya 1 aylıq bağlanır. Sonradan yumşaldılma aparılır. Daha sonra vəziyyət yenidən qiymətləndirilir. Artım yenə olarsa, növbəti dəfə bir aylıq bağlanılır və yumşaldılır".

Nabil Seyidov daha sonra bildirib ki, sərt tədbirlərin daha bir növü müvəqqəti qısa müddətli karantindir: "Bu, Azərbaycanda tətbiq olunan iki günlük, digər ölkələrdə isə tətbiq olunan üç-dörd günlük sərt karantin tədbirləridir. Burada məqsəd budur ki, yoluxma halları kəskin artmasın. Artım nisbətən olsa da, rəqəmlər pik həddə çatmasın.

Bütün tədqiqatlar göstərir ki, bu tip qadağalar kəskin yoluxma halının qarşısını almağa köməklik göstərir. Bu yolla reanimasiya və xəstəxana çarpayıları həddindən artıq dolmasın".

Son xəbərlər

Türkiyədə mədəndə uçqun baş verib

Azərbaycan 2025-ci ildə Suriyaya 120 mln. dollarlıq qaz ixrac edilib

Əraqçi və Qrossi texniki müzakirələr aparıb

Sabah Ruben Vardanyana hökm oxunacaq

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib

Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

Laçında yerləşən SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Premyer Liqa: XX tura iki oyunla start veriləcək

KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

Bütün xəbərlər