{category-title}

Kimlər marketoloq ola bilməz? - AÇIQLAMA

 

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda marketinq sahəsindəki vəziyyət bir o qədər də ürəkaçan deyil. Pandemiya dövrü isə bu sahəyə bir az da təsir etdi.

Son günlər karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi şirkətlər maraqlı layihələri ilə durğunluğu pozub. Onlardan biri “Paşa Sığorta”nın həyata keçirdiyi layihədir. Şirkət Şəkinin mərkəzində görüntülənən ayının sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmasından çox maraqlı reklam kimi istifadə edib. Bu reklam real vaxta hesablanan ən uğurlu addım kimi qiymətləndirilə bilər.

Kimlər marketoloq ola bilməz? - AÇIQLAMA

Oxu.Az ölkənin marketinq sahəsində baş verən vəziyyəti nəzərdən keçirib. Ölkəmizdə şirkətlərin bu istiqamətdə ata biləcəyi addımları, eləcə də marketinq mütəxəssislərinin sektora nə dərəcədə hakim olub-olmadıqları da bu sahənin inkişafında rol oynayan mühüm amillərdən biridir.

Nə üçün bu sahədə plagiatlıq nəzərə çarpır? Yeni ideyalarla gündəmə gəlmək çox çətindir?

Tanınmış marketoloq Müşviq İskəndərov mövzu ilə əlaqədar fikirlərini bizimlə bölüşüb. Marketoloq bildirib ki, ölkədə mövcud vəziyyətdən uğurlu istifadə edən şirkətlərin sayı azdır:

“Pandemiya dövrü marketinq sahəsi üçün durğunluq kimi dəyərləndirilməməlidir. Əsl durğunluq pandemiyadan sonra yaşanacaq. Bu böhrana hazırlaşmaq üçün şirkətlər müxtəlif strateji addımlar atıblar. Yerli şirkətlərin marketinq təcrübələri mövcud vəziyyətə hazır olmadıqlarını göstərdi. Çünki dünya təcrübəsində müşahidə etdiyimiz addımlar tam tərsini göstərir.

Artıq bəzi yerli şirkətlərin marketoloqları vətəndaşlara sosial çağırışlar etməyə başlayıblar. Təbii ki, bunlar arasında uğurlu və uğursuz reklamlar da oldu. Bəzi şirkətlər duyğusal məqamlara üstünlük verərək, insanların yanında olmağa çalışdılar. Bu, qida və qeyri-qida sektoruna da aiddir”.

M.İskəndərovun sözlərinə görə, bəzi ölkələrdə pandemiya dövründə müştərilərlə şirkət rəsmiləri arasında münasibətlərin formalaşmasında mühüm nəticələr əldə olunub:

“Çox uzağa getməyə ehtiyac yoxdur. Türkiyənin təcrübəsinə baxsaq, bunu aydın görərik. Bu ölkədə müştərilərə yerində xidmətdən əlavə, məhsulların mağazaya yaxınlaşmadan da satışı həyata keçirilirdi. Lakin əhalinin gəliri bir qədər aşağı olan ölkələrdə əsas hədəf qiymət məsələsidir. Yerli şirkətlərimiz də bu məqamlara diqqət etməli, endirimlərə köklənməli idilər. Bu məqama diqqət edilməməsi marketinq sektoru üçün bir qədər uğursuzluq kimi qiymətləndirilir. Təəssüf ki, yerli markalar aktiv olmadılar. Verilən mesajlar isə daha çox məhsulların tanınmasına xidmət edirdi.

Bundan başqa, digər ölkələrdə mobil operatorlar abonentlərə pulsuz dəqiqələr, əlavə internet tarifləri verməklə uğurlu addım atdılar. Bizdə təəssüf ki, yerli mobil operatorlar daha çox yeni xidmətlərinin tanıtımına kökləndilər. Ümid edirəm ki, bu məqamlar növbəti dəfə şirkətlərin marketoloq departamentlərinin əməkdaşları tərəfindən dəyərləndiriləcək”.

Bəs kimlər marketoloq ola bilməz? Bu günün reallığı odur ki, bütün sahələrdə qeyri-ixtisas peşə sahibləri çalışır. Lakin bəzi spesifik sahələr var ki, orada uğur qazanmaq üçün təhsil almaq şərtdir. Marketinq sektorunda hər kəs marketoloq ola bilər?

M.İskəndərov mövzu ilə əlaqədar fikirlərini bölüşüb:

“Son beş il ərzində marketinq sahəsi dəb halını almağa başladı. Şirkətlərdə təcrübə keçənlər, reklam işi aparanlar və xarici ölkələrdə PR oxuyan şəxslər də marketoloq kimi çalışırdılar. Bu, neqativ nəticələrini göstərdi. Hər kəs marketoloq ola bilməz. Çünki bu sektorda çalışmaq üçün onun incəliklərini bilmək lazımdır. Marketinq iş sahəsi deyil, bu bir elmdir. Marketoloq müştərinin nə istədiyini, harada nə tələb olunduğunu bilməlidir. Bu sahədə iqtisadi təhsili olan və bazarı analiz edə biləcək şəxslər çalışa və sektora yenilik gətirə bilərlər.

Hər ölkədə istehlakçı fərqlidir və maraqlar müxtəlifdir. Bu məsələyə lokal yanaşılmalıdır. Elə məqamlar var ki, qiymət amili müştərini sevdiyi məhsuldan ayıra bilər. Ona görə marketinq üçün ümumi məqamlar deyil, tələb və təkliflər önəmlidir. Əsasən də normal marketinq mütəxəssisi real vaxtdan maksimum müsbət yararlanmalı, bazarı daim müşahidə etməlidir. Marketinq sektorunda “real time” məsələsi kifayət qədər uğurlu ola bilər. Bunun özü də xüsusi diqqət və kreativlik yarada bilər. Bizim yerli şirkətlər təəssüf ki, sosial çağırış üçün özəl, xüsusi bayram günlərini gözləyirlər. Lakin düşünürəm ki, bu gün sosial media üzərindən məhsulların reklamı, müştərilərin tələbləri nəzərə alına bilər. Eyni zamanda, “real time” dəyərləndirməsindən yerində və zamanında istifadə etməklə kütlənin diqqətini çəkmək müsbət addımdır”.

Son xəbərlər

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər