{category-title}
Gündəm / Siyasət
28.05.2020, 10:36
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
Bu barədə Mehriban Əliyeva “Instagram” profilindən foto paylaşıb.
Birinci vitse-prezident paylaşımında belə qeyd edib:
“Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”