{category-title}

Azərbaycanda komendant saatı tətbiq edilir? - Baş infeksionist danışdı

 

 

Xəbər verdiyimiz kimi Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar var.

Qaynar-xett.az “sonxəbər”ə istinadən xəbər verir ki, bir nəfər əməkdaşın test nəticəsi müsbət çıxdığından qurumun digər əməkdaşıları da karantinə alınıblar.

Bundan əlavə Kürdəmir rayonunda da yoluxma sayında artım müşahidə edilib.

Rayonlarda COVİD-19-a yoluxma hallarının birdən-birə artmasının səbəbi nədir?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev rayonlarda koronavirusun sürətlə yayılmasına aydınlıq gətirib:

"Virus rayona göydən düşmədiki? Kimsə gedib orada yaşayan insanları yoluxdurub. Biz həmişə vətəndaşlara deyirik ki, xəstəlikdən qorunun.

İnsanlar bilməlidirlər ki, xüsusən də cavanlar bu xəstəliyi əlamətsiz keçirir. Onlar Operativ Qərargahın tövsiyyə etdiyi qaydalara əməl etmədiyinə görə xəstəliyin yayılma ehtimalı var. Gərək insanlar bu qərarların hamısına ciddi surətdə əməl etsinlər.

Bəzi insanlar hesab edirlər ki, virus onlara heç nə etməz, düşünmürlər ki, ətrafdakıları yoluxdura bilərlər. İnsanlar koronavirusa "barmaqarası" baxırlar.

Bu da rayonlarda və ümumi respublikamızda xəstələnmə saylarının artmasıyla nəticələnir".

Baş infeksionist qeyd edib ki, insanlar virusa bundan sonrakı dövrdə səhlənkar yanaşsa, pandemiya uzana bilər:

"İnsanlar qaydalara əməl etməsə, bu virusun "quyruğ"u uzanacaq. Biz ehtimal edirdik ki, havaların isinməsi və insanların əks-epidemik qaydalara əməl etməsi xəstəliyin ölkədən yavaş- yavaş çəkilməsinə səbəb olacaq, lakin onlar buna əməl etmək istəmirlər.

Mağazalara və digər məkanlara gedən zaman maskalı insan görmürük. Metroda da insanların maskasız gəzdiyini görürəm. Bu cür yanaşma ilə epidemiyaya qalib gələ bilmərik".

Məlumdur ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə pandemiya ilə əlaqədar müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmaq qadağan edilir.

Tətbiq olunan həmin komendant saatı insanların yoluxma saylarının aşkarlanmasında yardımçı olur.

Baş infeksionist Cəlal İsayev həmiçinin qonşu ölkələrdə kimi Azərbaycanda da virusla mübarizədə komendant saatının tətbiq edilməsi məsələsinə aydınlıq gətirib:

"İndiki vaxtda Türkiyədə insanların küçələrə 4 gün çıxmalarına icazə verilmir. Bu xəstəliyin yayılmasının qarşısının alınmasına kömək olur.

Azərbaycanda həmin rejimin tətbiq olunması ümumi olaraq ölkədəki vəziyyətdən asılıdır. Belə getsə, bizdə də bu rejim, yəni komendant saatı tətbiq oluna bilər.

Həmin rejimin tətbiqi qərardan asılıdır. Bu tətbiq oluna, ehtimal oluna bilər. Hələlik bu səviyyəyə çatmamışıq. Çalışaq ki, verilən tövsiyyələrə əməl edək".

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər