{category-title}

Daha bir marşrut xətti “BakuBus” MMC-yə verildi

 

 

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu çərçivədə “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində “Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

23.05.2020-ci il tarixindən 30 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Keçirilən müsabiqə əsasında “BakuBus” MMC-yə həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

Son xəbərlər

Hakan Fidan İraqa səfər edəcək

Rusiya MN "QUR"un xüsusi təyinatlı qüvvələrinin məhv edildiyini açıqlayıb

Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar

Rusiya "İskəndər"lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı

LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?

Lukaşenko ABŞ və Litvanı söydü

Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ərdoğan da İrəvana getməyəcək?

Milli Məclisin Zəfər Günü bəyanatı - TAM MƏTN

Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək

"Qarabağ" - "Çelsi" oyununa 27 250 bilet satılıb

Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib

Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb

"Telegram" və "WhatsApp" Krımda rəsmi olaraq bloklanıb

Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib

BŞİH-də növbəti müşavirə keçirilib, Trest rəhbərliyi tənqid edilib

Luvr muzeyindən oğurluq edən daha bir nəfər saxlanılıb

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb

Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb

Paytaxtın bir sıra rayonlarında qaz olmayacaq

Bütün xəbərlər