{category-title}

Bu marşrut xətlərinin hərəkət istiqamətində və fəaliyyətində dəyişiklik edilib - DİQQƏT

 Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə (BNA) çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.
Bu barədə Lent.az -a BNA-dan məlumat verilib. Bildirilib ki, qəsəbə sakinlərinin “Elmlər Akademiyası” m/st, Statistika komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və “Dərnəgül” m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək.
3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib. Belə ki, 53 nömərli xətt üzrə avtobuslar;

- “20-ci Sahə” dairəsi istiqamətində: Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci sahə dairəsi,
- Badamdar qəsəbəsi istiqamətində: 20-ci sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək.
Həmçinin, Binə “Atçılıq” adlanan ərazidə yaşayan sakinlərin Binə qəsəbəsində yerləşən dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin aradan qaldırılması məqsədilə 160 A nömrəli müntəzəm marşrut xətti təşkil edilib. 160 A nömrəli marşrut xətti üzrə avtobuslar;
- Binə qəsəbəsi istiqamətində: Binə “Atçılıq” adlanan yaşayış sahəsi – Binə qəsəbəsi (Əli İsazadə küçəsi) –326 nömrəli məktəb (Şah İsmayıl Xətai küçəsi),
- Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində: Binə qəsəbəsi (326 nömrəli məktəb) - Şah İsmayıl Xətai küçəsi - Əli İsazadə küçəsi - Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edəcək.
Məlumatda həmçinin qeyd edilib ki, Hövsan qəsəbəsindən Türkan qəsəbə mərkəzi istiqamətində marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla isə 210T nömrəli müntəzəm marşrutlar təşkil edilib. 210T nömrəli marşrut xətti üzrə avtobuslar;
- Türkan qəsəbəsi istiqamətində: Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) – Hövsan şosesi – Türkan qəsəbəsi (119 nömrəli məktəb),
- Hövsan qəsəbəsi istiqamətində: Türkan qəsəbəsi (119 nömrəli məktəb) - Hövsan şosesi – Elman Qasımov küçəsi - Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) istiqamətində hərəkət edəcək.
Əlavə edilib ki, Ə.Hacıyev küçəsinin ensiz olması, dayanacaq cibinin olmaması və həmin küçədə avtobusların yaratdığı sıxlığın aradan qaldırılması məqsədi ilə 106, 113, 191 və 213 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək son dayanacaq məntəqəsi Qara Qarayev prospektində (kənar hərəkət hissəsi) təşkil edilib.
- “Qara Qarayev” metro stansiyası istiqamətində: Şirin Mirzəyev küçəsi – Tofiq Abbasov küçəsi – Azər Manafov küçəsi - Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı).
- Bakıxanov dəmiryol stansiyası istiqamətində: Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı) – Azər Manafov küçəsi – Tofiq Abbasov küçəsi – Şirin Mirzəyev küçəsi daha sonra mövcud xətt üzrə.
76 və 78 nömrəli marşrutların başlanğıc və son dayanacaqlarının eyni olması və marşrutların bir birinin hərəkət sxeminin təkrarlanması səbəbindən 78 nömrəli marşrut ləğv edilib. Bununla əlaqədar 76 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.
- “Neftçilər” metro stansiyası istiqamətində: Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi) - Nazim İsmayılov küçəsi – Eldar Xəlilov küçəsi – Muxtar Fətəliyev – Ruhulla Axundov küçəsi - Sakit Qocayev küçəsi daha sonra mövcud xətt üzrə.
- Bakıxanov qəsəbəsi istiqamətində: Sakit Qocayev küçəsi - Ruhulla Axundov küçəsi - Muxtar Fətəliyev – Eldar Xəlilov küçəsi - Nazim İsmayılov - Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi).
Qeyd edilən bütün dəyişikliklər 30.12.2019-cu il tarixindən tətbiq olunacaq.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər