{category-title}

Baş prokuror özünə yeni köməkçilər təyin etdi - RƏSMİ

 

 

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

 

PressXeber.info  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

 

Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanmışdır.

O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləmişdir.

Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, PolşaRumıniyaSerbiyaUkrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirmişdir.

Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.

Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur.

Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil almışdır.

O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləmişdir.

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etmişdir.

Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.

Son xəbərlər

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər