{category-title}

Rafael Cəbrayılovun milyonlarla manat borcu üzə çıxdı - SİYAHI

 

 

Keçmiş deputat Rafael Cəbrayılovdan yeni Baş prokuror Kamran Əliyevə şikayət ediləcək.

Yenisabah.az-a daxil olan məlumata görə, Rafael Cəbrayılovun borclu olduğu şəxslər artıq keçmiş deputatla bağlı qəti tədbirlər görülməsi üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırırlar.

Məlumatda bildirilir ki, onların sayı səkkiz nəfərdir. Mənbə həmin şəxslərin adlarını və keçmiş deputatın onların hər birinə olan borcunun məbləğini deyib:

Məlahət Qurbanova - 580 000 dollar;

Təranə Fətəliyeva - 300 000 dollar;

Xatirə Nəcəfova - 200 000 dollar;

Yusif Orucov - 200 000 dollar;

Aynur Kazımova - 100 000 dollar;

Şəfa Məmmədova - 80 000 dollar;

Bəşir Məmmədov - 60 000 dollar;

Allahverdi Səfərəliyev - 30 000 dollar.

Beləliklə, Rafael Cəbrayılovun bu şəxslərə 1 550 000 dollar borcu var. Bu, milli valyutaya çevirdikdə 2 635 000 manat edir.

Bildirilir ki, borclular dəfələrlə keçmiş deputatdan pullarını tələb etsələr də, hər dəfə şirin vədlərlə aldadılıblar. Hətta Rafael Cəbrayılov borcluların müvafiq qurumlara şikayət etməməsi üçün villasını satışa çıxardığını deyərək, kirayə ev tutub. Lakin sonradan bəlli olub ki, keçmiş deputat onları növbəti dəfə aldadıb.

Borclular məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciətdən sonra Rafael Cəbrayılov idarəyə çağırılıb. Keçmiş deputat hazırda pulu və əmlakı olmadığını desə də, borclarını qaytaracağını vəd edib. İdarədən isə şikayətçilərə məsələnin hərtərəfli araşdırılacağı və müvafiq tədbirlər görüləcəyi bildirilsə də, koronavirus pandemiyası məsələni arxa plana keçirib. Borclular artıq səbr etmək fikrində deyillər.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq, o, deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə, onun borclu olduğu şəxslər məsələni ictimailəşdiriblər. Bu, ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər