{category-title}

“Ortada yeyib, qıraqda gəzənlər”: “JEK”lərin işi bu məsəldən uzağa getmir - DEPUTATLAR DA NARAZIDIR

 

Əhali arasında daha çox “JEK” kimi tanınan Mənzil İstismar Sahələrinin ləğvi yenidən gündəmə gəlib.

“JEK”-lərin qanunvericilikdə ləğvi nəzərdə tutulsa da, bu qurum fəaliyyətini hələ də davam etdirir. Mənzil Məcəlləsi MİS-lərin fəaliyyətini qadağan edir. Yəni bu Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna baxmayaraq, bu qurumlar qanunun tələbini pozaraq fəaliyyətini davam etdirməkdədir. 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.

Bu isə o dməkdir ki, MİS-lər əhalidən mənzil pulu da yığa bilməzlər. Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilər. Ancaq hələ də Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər yığır. Ən xırda problemlər isə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.

Ekspertlər hesab edir ki, əhalinin yaşadığı mənzillərin böyük əksəriyyətinin özəl olmasına rəğmən, onun idarə edilməsi hələ də dövlətin inhisarındadır. Sovet dövründən qalmış, dövlət və ictimai mənzil fondunu idarə etmək üçün nəzərdə tutulmuş mənzil istismar sahələri (MİS) özəl mənzilləri idarə etməkdə davam edir. Bu isə mənzil mülkiyyətçilərinin Konstitusiya hüquqlarını birbaşa pozur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hər il mənzil və kommunal təsərrüfatı xərcləri üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır.

2020-ci il dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 249,1 milyon manat vəsait proqnozlaşdırılıb. Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində də əksini tapmışdı. Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 96,6 milyon manat və ya 63,4 faiz çoxdur. Belə ki, ötən il mənzil və kommunal təsərrüfatı xərcləri üçün dövlət büdcəsindən 149, 5 milyon manat vəsait ayrılıb. 2018-ci ildə bu rəqəm 457,4 milyon, 2017-ci ildə isə 304,2 milyon manat olub. Bələdiyyələrlə yanaşı, bu qurumun da işlək olması istənilən halda büdcəyə israfçılıqdır.

Onu da bildirək ki, pandemiya dövründə “JEK” fəaliyyətsizliyi bir daha ortaya çıxdı. Türkiyədə bələdiyyələr əhaliyə genişmiqyaslı yardım etdi. Bundan əlavə, onların koronavirusla mübarizədə digər aktiv dəstək tədbirləri də müşahidə edildi. Azərbaycanda isə nə bələdiyyələrin, nəd “JEK”lərin bu məsələdə hər hansı fəaliyyətinə rast gəlinmədi. İllərdir ki, “JEK”lərin ləğvi və səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklif olunsa da, məsələ reallaşmır.

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya bildirib ki, artıq Azərbaycanda qəbul olunan Mənzil Məcəlləsinə görə "JEK”lər fəaliyyət göstərməməlidir:

"Faktiki olaraq Mənzil İstismar Sahələri 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsində ləğv olunub. Azərbaycanda qanunlar bəzən qaydalardan sonra işlədiyinə görə "JEK”lərin ləğvi məsələsi öz həllini hələ də tapmayıb. “JEK”lər hələ də fəaliyyətini davam etdirir, bu da yalnışdır. Qanunun tələblərinə əməl olunsa, məsələ öz həllini tapar. Əlbəttə ki, yenidən bu məsələni Milli Məclisin gündəliyinə gətirmək olar. Dəfələrlə də gündəliyə salmışıq. Sadəcə olaraq, burada yol bələdiyyələrin statusunun qaldırılmasıdır. Bələdiyyələrin də statusunu qaldırmadıqca, vəziyyət belə davam edəcək. Yəni bu funksiyanı kimsə üzərinə götürməlidir. Bələdiyyə bunu götürə bilmirsə, faktiki olaraq qurumları saxlayırlar. Əslində yeni tikilən binalarda mənzil kooperativləri, idarə heyəti bunu həll edir. Binalarda başqa özünüidarəetmə qurumları da var. Yerlərdə isə bəldiyyələr bu funksiyanı götürməlidir. Sadəcə olaraq, bu funksiyanı bələdiyyəyə sanki çox görürlər”.

Deputat əlavə edib ki, bu gün bələdiyyələrə geniş imkanlar yaratmaq lazımdır. Eyni zamanda, onların icra hakimiyyətləri ilə bağlı münasibətlərini də dəqiqləşdirmək lazımdır ki, bu sahədə də irəliləyiş olsun.

Millət vəkili Əli Mənsimlinin sözlərinə görə isə Mənzil İstismar Sahələrinin dövranı çoxdan keçib:

“Mənzil İstismar Sahələrinin finksiyaları bələdiyyələrə verilməlidir. 10 ildir ki, bu məsələ ilə bağlı təkrar-təkrar deyirəm. Bu funksiya çoxdan bələdiyyələrə verilməli idi”.

Son xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Bütün xəbərlər