{category-title}

"Təhlükə qala-qala tədris bərpa olunmayacaq" - Məktəb, koronavirus və D vitamini...

 Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 4-dən etibarən Azərbaycanda təhsil müəssisələrində tədris bərpa ediləcək. Bu barədə rəsmi qərar olmasına baxmayaraq, hələ də əhali arasında SARS-CoV-2 koronavirusu təhlükəsinə görə məcburi tətilin uzadılacağı barədə narahatlıq, müxtəlif məlumatlar dolaşmaqdadır. Sosial şəbəkələrdə yayılan məlumatlardan biri də ümumtəhsil müəssisələrində dərslərin ancaq yuxarı sinif şagirdləri üçün bərpa olunacağı barədə xəbərlərdir. Məlumatlara görə, bu, məktəblərdə kütləvi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mayın 4-dən yuxarı sinif şagirdləri, yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər-hansı qərar verilməyib: "Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq".

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Operativ Qərargah yaranmış vəziyyətin tələbinə uyğun addım atacaq: "İndidən məktəblərdə tədrisin başlayıb-başlamayacağı barədə konkret fikir bildirmək olmaz. Hər halda vəziyyət Operativ Qərargahın nəzarətindədir. Əgər bu virusa yoluxma sürətlə azalarsa, ona uyğun olaraq da karantin şərtləri yumşaldılacaq.

Heç kəs 15 gündən sonra nə olacağını, vəziyyətin necə dəyişəcəyini deyə bilməz. Hazırkı vəziyyətə uyğun situasiya idarə olunur. Dünya təcrübəsini istifadə edərək biz də prosesi idarə edəcəyik. Mən belə hesab edirəm ki, ən azı 20 gün karantin davam etdirilməlidir. Hazırda bizdə tədrisin başlanması ölkədəki yoluxma şəraitinə görə idarə olunur. Ölkədə yoluxma sayı aşağı düşərsə, tədris də mayın əvvəllərində bərpa oluna bilər".
N.Quliyev sosial izolyasiya tədbirlərinin uşaqların sağlamlığı baxımından təhlükəli olması barədə fikirlərə də toxunub: "Əsas hazırkı dönəmdə uşaqların qidalanmasına diqqət göstərmək lazımdır. İmmun sisteminin gücləndirilməsi üçün qidalanma əsas şərtdir. Bu gün valideynlər evdə olduğundan, uşaqların qidalanmasına da diqqəti artırmaq üçün vaxtları var. Uşaqlar evdə saxlanılırsa, otağın havasını gündə bir neçə dəfə dəyişmək vacibdir".

Baş pediatr uşaqlara D vitamini verilməsinə ehtiyac olmadığını bildirib. O deyir ki, günəşli havalar başladıqda D vitamininin qəbuluna ehtiyac qalmır. O ki qaldı uşaqların, xüsusilə bağça və məktəb yaşlı uşaqların tədris bərpa olunduqdan sonra koronavirusa yoluxmaqdan qorunmasına, N.Quliyev hazırkı vaxtda ən yaxşı müdafiə üsulunun sosial izolyasiya olduğunu bildirir: "Uşaqlar bizim gələcəyimizdir. Dövlətimiz uşaqların təhsili ilə yanaşı, onların sağlamlığını da düşünür. Ölkəmizə ilk növbədə sağlam gələcək lazımdır. Ona görə də Azərbaycanda koronavirusun yayılması halı aşkarlanar-aşkarlanmaz təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı. Heç bir valideyn buna görə narahat olmasın. Əgər təhlükə davam edərsə, dövlət yenə uşaqların sağlamlığının qorunması, bu virusdan qorunması üçün lazımi addımı atacaq. Təhlükə qala-qala tədris bərpa olunmayacaq. Yalnız ölkəmiz koronavirusla bağlı müsbət nəticə əldə etdikdən, yoluxma sıfıra endikdən sonra tədris bərpa ediləcəkdir".

Son xəbərlər

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Bütün xəbərlər