{category-title}

Səfərli görün kimləri işə götürüb: hamısı qovuldu - Siyahı

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.

Mediabiz.az  Bakıpost.az-a istinadən xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.

İşdən çıxarılan şəxsləri və onlar haqqında qısa məlumatları təqdim edirik:

1. Aygün Süleymanova – Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;

2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;

3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;

4. Ramin Kərimli – Vüqar Səfərlinin bacısı oğlu,

5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, kəndçisi

6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri

7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.

M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən, nə işi var? Əldə etdiyimiz məlumata görə, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.
Bundan əlavə fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işilə vidalaşıb.
Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdır. “Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin Azərmətbuatyayımı ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fondda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər