{category-title}

Gündəm / Siyasət
20.04.2020, 13:00
Nazir polkovnik-leytenanta yeni vəzifə verdi - ƏMR
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib. Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.